20.05.2020

İşçiləri əsassız yerə işdən çıxaranlar məsuliyyətə cəlb ediləcək

Mövcud şəraitdən sui-istifadə edərək işçiləri əsassız yerə işdən çıxaran işəgötürənlərlə bağlı məsuliyyət tədbirləri görüləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Gulustan.info-ya verilən məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidməti pandemiya ilə əlaqədar elan olunmuş karantin dövründə “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən gündəlik nəzarət həyata keçirir.

Məqsəd işçilərin əsassız yerə işdən çıxarılmasının, ixtisarının qarşısının alınmasıdır. Bununla bağlı olaraq, Xidmət altsistem vasitəsilə dəfələrlə işəgötürənlərə izahat, məlumat, xəbərdarlıq və tövsiyə xarakterli ismarıclar, bildirişlər göndərib.

Bununla belə, nəzarət zamanı son günlər ayrı-ayrı işəgötürənlər tərəfindən karantin dövründə (mart və aprel aylarında) altsistemdə qeydiyyata alınmış əmək müqavilələrinin bir qisminə xitam verildiyi, hətta bəzən bağlanmış əmək müqaviləsinə bir gün və ya bir neçə gün sonra xitam verildiyi müşahidə olunub.

Bu kimi halların təhlili aparılarkən bəzi işəgötürənlərin karantin dövründə vətəndaşların evdən çıxaraq sərbəst hərəkət etmələrinə şərait yaratmaq məqsədilə müvafiq icazəni almaq üçün onlarla bağlı reallığa uyğun olmayan əmək müqaviləsi bildirişlərini sistemə daxil etdiklərinə dair şübhələr yaranıb.

Səlahiyyətlərindən sui-istifadə etməklə əslində nəticə etibarilə karantin qaydalarının pozulmasına, pandemiyanın yayılmasının qarşısının alınması üçün aparılan işlərə maneə yaradan həmin işəgötürənlərin əməllərinə hüquqi qiymət verilməsi üçün onlarla bağlı toplanmış məlumatlar hüquq-mühafizə orqanlarına göndərilib.

Dövlət Əmək Müfəttişliyi Xidməti bir daha bütün işəgötürənlərə xəbərdarlıq edir ki, mövcud şəraitdən sui-istifadə edərək işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verən, həmçinin karantin dövründə şəxslərin sərbəst hərəkətini təmin etmək məqsədi ilə “Əmək müqaviləsi bildirişi” altsisteminə yanlış məlumat daxil edən işəgötürənlərlə bağlı qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görüləcək.


Digər xəbərlər


11 nömrəli marşrut xəttində “BakuBus” avtobusları xidmət göstərməyə başlayıb

Mayın 30-dan 11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” MMC tərəfindən icra edilir. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-...

Neftin qiyməti bahalaşır

Dünya birjalarında neftin qiyməti bahalaşıb. Londonun ICE («InterContinental Exchange Futures”) birjasında «Brent” markalı neftin bir ...

Aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb

COVID-19 koronavirus infeksiyası pandemiyasının davam etməsi, habelə «Azərbaycan Hava Yolları» və «Buta Airways» aviaşirkətlərini...

Bu şəxslərə əlavə ödənişlər ediləcək - Əli Əsədov qərar imzaladı

Nazirlər Kabienti xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin əhatə dairəsinin və əlavənin ödənilmə müddə...