13.05.2020

Milli Şura “üzdəniraq”lara qarşı – video

Milli Şura ilə ABŞ-da yaşayan jurnalist İsmayıl Cəlilov arasında ciddi qalmaqal yaşanır.

Belə ki, Cəlilovun YouTube kanalında AXC sədri Əli Kərimlinin ünvanına bir qonağın səsləndirdiyi tənqiddən sonra AXC tərəfdarları Facebookda İsmail Cəlilova hücum edərək onu təhqir ediblər.
Cəlilov buna cavab kimi elə həmin sosial şəbəkədə status yazaraq öz narazılığını bildirib.

Məsələ Milli Şura üzvlərinin Zoom vasitəsi ilə keçirilən onlayn görüşündə də müzakirə olunub. Müzakirə zamanı sabiq millət vəkili Gültəkin Hacıbəyli İsmayıl Cəlilovun qeyri-ənənəvi seksual orientasiyasına eyham vuraraq “üzdəniraq” ifadəsini işlədib. Şuranın digər üzvü Rafiq Manaflı isə Hitlerin bütün qeyri-ənənəvi cinsi orientasiyaya malik insanları öldürməməsinə heyfislənib.

Qeyd edək ki, müzakirə Cəmil Həsənlinin də iştirakı ilə baş tutub və o baş verənlərə qarşı etiraz bildirməyib. Müzakirə zamanı Gültəkin xanım, həmçinin jurnalist Xədicə İsmayılın da adını hallandırıb.

Bu video sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Bir çox istifadəçilər Milli Şuranı tənqid edib, onların hakimiyyətə gələcəyi təqdirdə ölkəni böyük fəlakətlər gözlədiyini yazıblar. Lakin Gültəkin Hacıbəyli və Milli Şuraya haqq qazandıranlar da var.


Digər xəbərlər


İran parlamentində yerdəyişmə nədən xəbər verir? – Politoloqun şərhi

İran Məclisinin 11-ci çağırışının mayın 27-də açılış mərasimi keçirilərək parlamentə yeni sədr seçilib. Bu Məhəmmədbağır Qalibaf olub. İran parlam...

“Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik edilib

Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik edib. “Dövlət satınalmaları haqqında” qanun 36.9-cu maddəsinə aşağıdak...

Çin lideri: Pandemiya bitəndə müharibəyə hazır olmalıyıq

Aylardır dünyanı cənginə alan koronavirus Çin və ABŞ arasındakı gərginliyi də pik həddə çatdırıb. Gulustan.info xəbər verir ki, Çindən gərginliyi ...

Prezident Şamaxıya ayrılan nəqliyyat vasitələrinə və texnikalara baxdı - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsu...