17.05.2020

Müsavat başqanı Paşinyana cavab verdi – “Azərbaycanın şərəfli tarixinə kölgə salmağa çalışır”

“Belarusun Xatın kəndinin əksəriyyəti qadınlar və uşaqlar olan əhalisinin bir saraya toplanıb yandırılmasında faşistlər, ukraynalı polisaylarla yanaşı erməni legionerləri də iştirak edib”.

Kanal8 xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadə əleyhinə apardığı kampaniyaya cavab verərkən deyib.

Arif Hacılı Paşinyana bu şəkildə cavab verib:

“Əvvəllər də dediyim sözü bir daha təkrar edirəm: “Dostlarımız dostlarını yaxşı tanımasalar da, düşmənlərimiz düşmənlərini yaxşı tanıyır”.

Paşinyan Rəsulzadə əleyhinə kampaniya aparır. Bunun bir çox səbəbləri var.
Rəsulzadə onun rəhbərlik etdiyi Müsavat Partiyası Cənubi Qafqazın əksər ərazilərini əhatə edən 114 min kv.km ərazisi olan dövlət qurmuşdu.

Azərbaycan Xalq Cümhuriyyəti indi də bir çox inkişaf etmiş demokratik dövlətlərə nümunə ola biləcək bir dövlət idi.

Azərbaycan xalqı M.Ə.Rəsulzadənin rəhbərliyi, Müsavat Partiyasının təşkilatçılığı ilə şərqdə ilk Demokratik Respublika yaratmağa nail olmuşdu.

Həmin dövrdə indiki Ermənistanın bir hissəsində elan olunmuş daşnak üsul-idarəsi isə Rusiyanın köləsi, bolşeviklərin əlaltısı olan marianet bir quruluş olmaqla yanaşı, prioritetləri, şovinizm, avtoritarlıq, terrorçuluq olan bir quruluş idi.
Rəsulzadənin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də onun belə təkliflər almasına baxmayaraq alman faşist rejimi ilə əməkdaşlıq etməməsidir.

Bununla belə, Rəsulzadə Almaniya Xarici İşlər Nazirliyi ilə apardığı danışıqlar vasitəsi ilə 70 min azərbaycanlı əsirin həyatını xilas etmiş, onların döyüş əməliyyatlarına göndərilməməsi barədə razılığa nail olmuşdu.

Bircə o faktı qeyd edim ki, Belarusun Xatın kəndinin əksəriyyəti qadınlar və uşaqlar olan əhalisinin bir saraya toplanıb yandırılmasında faşistlər, ukraynalı polisaylarla yanaşı erməni legionerləri də iştirak edib.

Azərbaycan legionerlərinin belə cinayətlərdə, hər hansı kütləvi qırğın tədbirlərində iştirakı barədə heç bir fakt yoxdur.

Amma Paşinyanı yalnız utancverici tarixləri narahat etmir. O, Azərbaycanın şərəfli tarixinə kölgə salmağa, xalqımızı mənəvi dayaqlarından məhrum etməyə çalışır.
Xatırlayırsınızsa, Amerika Birləşmiş Ştatları vitse-prezidenti (səhv etmirəmsə Bayden) Azərbaycan xalqına Cümhuriyyət Günü təbrikində Azərbaycan Xalq Cümhuriyyətini hüquqi, demokratik bir dövlət kimi nümunə olmasından yazmışdı.

Paşinyanı dindirən, həm də Cümhuriyyətin beynəlxalq nüfuzu, Azərbaycanda Rəsulzadə ardıcılları tərəfindən yenidən regionun həqiqi lider dövlətinin qurulması qorxudur.
Paşinyanın Rəsulzadəyə qarşı çıxışları xalqımızın, ilk növbədə Azərbaycan hakimiyyətinin ciddi nəticələr çıxarması üçün bir əsasdır. Qarşıdan Cümhuriyyətimizin ildönümü bayramı gəlir.
Görək, düzgün nəticə çıxarılacaqmı”.


Digər xəbərlər


İran parlamentində yerdəyişmə nədən xəbər verir? – Politoloqun şərhi

İran Məclisinin 11-ci çağırışının mayın 27-də açılış mərasimi keçirilərək parlamentə yeni sədr seçilib. Bu Məhəmmədbağır Qalibaf olub. İran parlam...

“Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik edilib

Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik edib. “Dövlət satınalmaları haqqında” qanun 36.9-cu maddəsinə aşağıdak...

Çin lideri: Pandemiya bitəndə müharibəyə hazır olmalıyıq

Aylardır dünyanı cənginə alan koronavirus Çin və ABŞ arasındakı gərginliyi də pik həddə çatdırıb. Gulustan.info xəbər verir ki, Çindən gərginliyi ...

Prezident Şamaxıya ayrılan nəqliyyat vasitələrinə və texnikalara baxdı - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsu...