23.05.2020

Portuqaliya çempionatının bərpa tarixi məlum olub

Avropanın daha bir ölkəsində futbol çempionatının bərpa tarixi müəyyənləşib.

Gulustan.info-nun məlumatına görə, koronavirusa görə dayandırılan Portuqaliya çempionatı iyunun 3-də bərpa olunacaq.

Məlumatda qeyd edilib ki, fasilədən sonrakı ilk turun qarşılaşmaları 5 günü əhatə edəcək. Görüşlər iyunun 3-dən 7-dək keçiriləcək.

Yarışın qalan hissəsi iki matçla start götürəcək. “Portimonense” “Jil Visente” ilə, “Famalikao” “Porto” ilə üz-üzə gələcək.

Qeyd edək ki, çempionat martda dayandırılıb. 24 turdan sonra “Porto” 60 xalla 1-ci, “Benfika” 59 xalla 2-ci, “Braqa” 46 xalla 3-cüdür.


Digər xəbərlər


Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir

2019-cu ildə Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədən 7,7 milyard manatlıq 423 milyon ədəd pul nişanını çıxarıb, əvəzində 9,7 milyard manatlıq 507 ...

Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi 1 İyun – Uşaqların Beynəlxalq ...

Prokurorluq orqanlarında bu şəxslərə yeni vəzifə verildi – Baş Prokuror ƏMR İMZALAYIB

Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir...

Bəzi məktəblərdə imtahan keçirilməyəcək

“Biz az sayda şagirdi olan məktəbdə imtahan keçirə bilməyəcəyik”. Gulustan.info-nun məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şu...