12.05.2020

Ramiz Mehdiyev açıqlama verib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev bu gün postpandemiya dövründə Azərbaycan elminin qarşısında duran vəzifələrlə əlaqədar olaraq rəhbərlik etdiyi qurumda həyata keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında açıqlama verib.

Gulustan.info Akademiyanın rəsmi səhifəsinə istinadən xəbər verir ki, Ramiz Mehdiyev AMEA-nın müvafiq elmi müəssisələrinin fəaliyyətinin Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə apardığı siyasətə uyğun olaraq yenidən qurulmalı olduğunu bildirib.

Biologiya və Tibb Elmləri Bölməsinə tapşırılıb ki, koronavirusla əlaqədar tədqiqatlara, xüsusən insanların immun sisteminin möhkəmləndirilməsi üçün bu ixtisas üzrə alim və mütəxəssislərin tədqiqatlar aparmasına əlavə imkanlar yaradılmalı, Fəlsəfə və İqtisadiyyat institutlarında pandemiya dövrünün yaratdığı sosial-psixoloji və iqtisadi problemlər dərindən öyrənilməli, postpandemiya dövrü ilə əlaqədar elmi cəhətdən əsaslandırılmış təkliflər hazırlanıb AMEA-nın Rəyasət Heyətinə təqdim olunmalıdır. 

Coğrafiya, Fiziologiya, Botanika, Genetik Ehtiyatlar, Torpaqşünaslıq və Aqrokimya, Mikrobiologiya və Dendrologiya institutlarına tapşırılıb ki, bir ay müddətində dünyada iqlim dəyişikliklərinin yaratdığı fəsadların öyrənilməsi, təsir dairəsi və qabaqlayıcı tədbirlərin proqnozlaşdırılması ilə bağlı elmi fəaliyyət planı hazırlanaraq Rəyasət Heyətinə təqdim olunmalıdır.

Qeyd edək ki, postpandemiya dövründə Azərbaycan elminin vəzifələri ilə əlaqədar Tədbirlər Planı AMEA Rəyasət Heyətinin növbəti iclasında müzakirəyə çıxarılacaq.


Digər xəbərlər


Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir

2019-cu ildə Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədən 7,7 milyard manatlıq 423 milyon ədəd pul nişanını çıxarıb, əvəzində 9,7 milyard manatlıq 507 ...

Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi 1 İyun – Uşaqların Beynəlxalq ...

Prokurorluq orqanlarında bu şəxslərə yeni vəzifə verildi – Baş Prokuror ƏMR İMZALAYIB

Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir...

Bəzi məktəblərdə imtahan keçirilməyəcək

“Biz az sayda şagirdi olan məktəbdə imtahan keçirə bilməyəcəyik”. Gulustan.info-nun məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şu...