23.05.2020

Rusiya xəstəxanasında güclü yanğın baş verib

Rusiyanın Tatarıstan Respublikasında xəstəxanada insan ölümü ilə nəticələnın güclü yanğın baş verib.

Gulustan.info  “RİA Novosti”yə istinadən xəbər verir ki, yanğın Zelenodolsk şəhərində xəstəxanada meydana gəlib.

Hadisə zamanı 3 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb. Yaralılardan ikisi xəsarətləri yanıq, digərlərinin isə zəhərlənmə ilə bağlıdır. Ölənlər və xəsarət alanlar xəstələrdir.

Əraziyə xeyli sayda yanğınsöndürən və xilasedici cəlb edilib. İkimərtəbəli binada olan 88 nəfər təxliyə edilib. Yanğın binanın birinci mərtəbəsindəki palataların birindən qısa qapanma nəticəsində başlayıb.


Digər xəbərlər


Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir

2019-cu ildə Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədən 7,7 milyard manatlıq 423 milyon ədəd pul nişanını çıxarıb, əvəzində 9,7 milyard manatlıq 507 ...

Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi 1 İyun – Uşaqların Beynəlxalq ...

Prokurorluq orqanlarında bu şəxslərə yeni vəzifə verildi – Baş Prokuror ƏMR İMZALAYIB

Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir...

Bəzi məktəblərdə imtahan keçirilməyəcək

“Biz az sayda şagirdi olan məktəbdə imtahan keçirə bilməyəcəyik”. Gulustan.info-nun məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şu...