21.05.2020

Taksilərdə əllərin spirtlənməsi üçün aparatlar yerləşdirilib

Bakıda taksilərdə əllərin spirtlənməsi üçün xüsusi aparat yerləşdirilib.

Bu barədə Gulustan.info-ya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, “Bakı Taksi Xidməti” MMC “COVID-19” infeksiyası ilə mübarizə çərçivəsində paytaxtda xidmət göstərən taksi minik avtomobillərində qabaqlayıcı tədbirləri davam etdirir. Sərnişinlərin təhlükəsizliyi istiqamətində zəruri işlər həyata keçirilir:

«Taksilərdə olan arakəsmələr təmas xəttini minimuma endirir, virus infeksiyasının ötürülməsinin qarşısını alır. Sərnişinlərin avtomobildən istifadə zamanı əllərini spirtləməsi üçün xüsusi aparat yerləşdirilib. Həmçinin taksilərdə 2 nəfərdən çox sərnişinin daşınmasına icazə verilmir. Virusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə avtomobillər gündəlik dezinfeksiya olunur».

Əlavə olunub ki, fərdi və kollektiv gigiyena qaydalarına riayət olunması üçün sürücülər antiseptik məhsullarla yanaşı, mütəmadi olaraq tibbi maskalarla təmin edilirlər.

“Bakı Taksi Xidməti” MMC-nin tabeliyində olan taksilərdə pandemiyanın bütün dünyada yayıldığı ilk günlərdən həm sürücülər, həm də taksidən istifadə edən sərnişinlərin məlumatlandırılması üçün xüsusi lövhələr yerləşdirilib.

Həmçinin qurum əməkdaşlarının maarifləndirilməsi məqsədilə inzibati binanın daxilində məlumat xarakterli lövhələr təşkil olunub.


Digər xəbərlər


Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir

2019-cu ildə Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədən 7,7 milyard manatlıq 423 milyon ədəd pul nişanını çıxarıb, əvəzində 9,7 milyard manatlıq 507 ...

Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi 1 İyun – Uşaqların Beynəlxalq ...

Prokurorluq orqanlarında bu şəxslərə yeni vəzifə verildi – Baş Prokuror ƏMR İMZALAYIB

Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir...

Bəzi məktəblərdə imtahan keçirilməyəcək

“Biz az sayda şagirdi olan məktəbdə imtahan keçirə bilməyəcəyik”. Gulustan.info-nun məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şu...