Bakı 33 ℃

USD 1.7
RUB 0.0241
EUR 1.909
TRY 0.248
Qızıl 3016.718
Gümüş 30.6249

01.06.2020

Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə onlayn görüş təşkil edib.

Video tədbirə aprel şəhidlərinin və qazilərin övladları, “Birgə və Sağlam” İctimai Birliyində təlim keçən autizm sindromlu uşaqlar qatılıblar.

Onlayn tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib. Nazir Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bütün azərbaycanlı uşaqlara, eləcə də şəhidlərimizin yadigarlarına olan münasibətinin hamımız üçün örnək olduğunu və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də şəhid övladlarına hər zaman dəstək olmağa hazır olduğunu diqqətə çatdırıb. Bu kimi görüşlərin əhəmiyyətindən danışan Ramin Quluzadə uşaqlara xoş arzularını söyləyib.

Səmimi mühitdə baş tutan görüşdə uşaqlar da çıxış edərək “Bakutel-2019” sərgisində uğurla iştirak etdiklərini xatırlayıblar. Onlar həyatlarında ən yaddaqalan anlardan birinin robokurslarda öyrəndikləri bacarıqlarını sərgidə ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qarşısında nümayiş etdirdikləri an olduğunu söyləyiblər. Uşaqlar ayrı-ayrılıqda çıxış edərək bütün dünyadakı körpələrə və uşaqlara arzularını, özləri ilə bağlı istəklərini də dilə gətiriblər. Eyni zamanda, uşaqlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə onlara göstərilən diqqətə, bir çox İT təlimlərində iştiraka yaradılan şəraitə görə təşəkkür ediblər.

Sonra uşaqlar öz ifaları ilə bütün dünyanı onların hüquqlarını müdafiə etməyə çağırıblar. Sonda nazir Ramin Quluzadə şəhid övladlarına onların vətən uğrunda fədakarcasına döyüşən, öz canlarından keçən insanların yadigarları olduğunu və hər bir azərbaycanlının onları qorumağa borclu olduğunu vurğulayıb.Qeyd edək ki, fiziki məhdudiyyətli və sağlamlıq problemləri olan uşaqlara, aprel şəhidlərinin və qazilərin övladlarına nazirlik tərəfindən müxtəlif hədiyyələr, eləcə də “Azercell Telekom” MMC tərəfindən “Busuu” – dil öyrənmə tətbiqi üçün 6 aylıq pulsuz kodlar göndərilib. “Busuu” tətbiqi vasitəsilə eyni anda 12 dil – ingilis, rus, italyan, alman, fransız, ispan, portuqal və digər dilləri öyrənmək, qrammatika, yazı, dinləmə və danışıq məşqlərini etmək mümkündür.


Digər xəbərlər


Sabahın hava proqnozu açıqlanıb

5 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Gulustan.info-ya verilən məlumata görə, 5 iyu...

Dörd alim barələrində yayılan qərəzli fikirlərlə bağlı bəyanat verdi

İrəvan şəhərinin 1918-ci ildə ermənilərə güzəştə gedilməsinə dair AMEA Tarix İnstitutu “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbə...

Paytaxtda alternativ qaz xətləri yaradılır

Bakı şəhərində bir sıra ərazilərdə mövcud qaz xətlərinə alternativ xətlərin çəkilməsinə diqqət ayrılıb. “Azəriqaz” İstehsalat ...

Ermənistanda koronavirusa yoluxma sayı 28 minə çatır

Ermənistanda son sutka ərzində daha 580 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. Ölkədə koronavirusa yoluxanların ümumi...

DYP: Küçələrdə hərəkətə nəzarət gücləndirilib

“Sərt karantin elan olunan ərazilərdə polis tərəfindən küçələrdə hərəkətə nəzarət gücləndirilib, küçə və ərazilərdə hərəkət iştir...

“Microsoft” ödənişsiz təlim proqramı istifadəyə verib

“Microsoft” şirkəti 25 milyon insana proqram tərtibatçısı, qrafik dizayner və məlumat analitiki bacarıqlarına yiyələnməyə kömək e...

Dünyada koronavirusla bağlı son vəziyyət açıqlanıb

Dünyada son bir gündə koronavirusa 175 mindən çox yoluxma aşkarlanıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.Qey...

Bakı metrosu bu gündən iyulun 20-dək işləməyəcək

Bu gündən «Bakı Metropoliteni» QSC-də sərnişindaşıma fəaliyyəti dayandırılır. Bununla bağlı Nazirlər Kabineti yanınd...