Bakı 33 ℃

USD 1.7
RUB 0.0241
EUR 1.909
TRY 0.248
Qızıl 3016.718
Gümüş 30.6249

04.06.2020

DSX generalı və Hərbi prokurorun müavini Ermənistanla sərhəddə olublar — FOTOLAR

Dövlət Sərhəd Xidmə­ti (DSX) və Respublika Hərbi Prokurorluğunun birgə tədbirlər planına uyğun olaraq dövlət sərhədinin etibarlı mühafizəsi, hərbi intizamın, qanunçuluğun və hüquq qay­da­­­larının möhkəmlən­dirilməsi istiqamətində ardıcıl olaraq məqsədyönlü tədbirlər həyata keçirilir.

DSX-dan Gulustan.info-ya daxil olan məlumatda qeyd olunur ki, bu tədbirlər çərçivəsində Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini general-leytenant Azad Ələkbərovun və Azərbaycan Respublikası Hərbi prokurorunun müavini ədliyyə general mayoru Rasim Kazımovun Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinin şəxsi heyəti ilə görüşləri təşkil olunub.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşlər zamanı onların xidməti və yaşayış şə­raitləri öyrənilib, hərbi qulluqçuların hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda düşmənə nifrət hissinin aşılanması, hüquq qay­da­­­larının və hərbi intizamın möhkəmlən­dirilməsi, cinayət hadisələrinin qarşısının alınması üzrə profilaktik işin aparılması istiqamətində müvafiq tövsiyələr verilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində dövlətimizin daha da qüdrətlənməsindən, xalqımızın rifahının hərtərəfli yaxşılaşdırılmasından, respublikamızda mövcud olan əmin-amanlığın və ictimai-siyasi sabitliyin davamlılığından qürur hissi ilə bəhs edilib.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının zabitləri, sərhəd komendantları və sərhəd zastavalarının rəisləri ilə mü­şavirə keçirilib, dövlət sərhədinin toxunulmazlığının, şəxsi heyətin təhlü­kəsizliyinin təmin edilməsi, cinayət və hadisələrin qarşısının alınması, sərhədçilərin döyüş ruhunun daha da yük­səldilməsi istiqamətində zəruri tapşırıqlar verilib, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.


Digər xəbərlər


Sabahın hava proqnozu açıqlanıb

5 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Gulustan.info-ya verilən məlumata görə, 5 iyu...

Dörd alim barələrində yayılan qərəzli fikirlərlə bağlı bəyanat verdi

İrəvan şəhərinin 1918-ci ildə ermənilərə güzəştə gedilməsinə dair AMEA Tarix İnstitutu “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbə...

Paytaxtda alternativ qaz xətləri yaradılır

Bakı şəhərində bir sıra ərazilərdə mövcud qaz xətlərinə alternativ xətlərin çəkilməsinə diqqət ayrılıb. “Azəriqaz” İstehsalat ...

Ermənistanda koronavirusa yoluxma sayı 28 minə çatır

Ermənistanda son sutka ərzində daha 580 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. Ölkədə koronavirusa yoluxanların ümumi...

DYP: Küçələrdə hərəkətə nəzarət gücləndirilib

“Sərt karantin elan olunan ərazilərdə polis tərəfindən küçələrdə hərəkətə nəzarət gücləndirilib, küçə və ərazilərdə hərəkət iştir...

“Microsoft” ödənişsiz təlim proqramı istifadəyə verib

“Microsoft” şirkəti 25 milyon insana proqram tərtibatçısı, qrafik dizayner və məlumat analitiki bacarıqlarına yiyələnməyə kömək e...

Dünyada koronavirusla bağlı son vəziyyət açıqlanıb

Dünyada son bir gündə koronavirusa 175 mindən çox yoluxma aşkarlanıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.Qey...

Bakı metrosu bu gündən iyulun 20-dək işləməyəcək

Bu gündən «Bakı Metropoliteni» QSC-də sərnişindaşıma fəaliyyəti dayandırılır. Bununla bağlı Nazirlər Kabineti yanınd...