Bakı 32 ℃

USD 1.7
RUB 0.0241
EUR 1.909
TRY 0.248
Qızıl 3016.718
Gümüş 30.6249

04.06.2020

Fermerlərə dövlətdən dəstək: Hər hektara 60 manat veriləcək

Bu il təkrar qarğıdalı əkininə görə fermerlərə toxum almaq üçün dövlət hər hektara 60 manat birdəfəlik vəsait ödənəcək. Ölkəmizdə taxıl biçinindən sonra təkrar əkinlər aran və dağətəyi bölgələrdə yerləşən 100 min hektara yaxın ərazidə aparıla bilər.

Ölkə üzrə təkrar əkin sahələrinin hər hektarından 350-400 sentner yaşıl kütlə, yaxud da 40-50 sentner dən məhsulu əldə etmək mümkündür.

Payızlıq taxıl biçini başa çatdıqdan sonra sahələr yeni əkinə qədər 90-120 gün boş qalır. Bu müddətdə vegetasiya müddəti qısa olan bitkilərdən istifadə etməklə əlavə ikinci məhsul almaq mümkündür. Bu məqsədlə sahələrə 80-90 günlük vegetasiya müddəti olan hibrid qarğıdalı toxumları səpilə bilər.

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib ki, aqrar sahə ilə yeni məşğul olan şəxslərin, həmçinin təsərrüfatlarını genişləndirmək istəyənlərin heyvandarlığa böyük maraq göstərdikləri müşahidə edilir: “Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilən nağd pul kreditlərində heyvandarlığa ayrılmış vəsait digər sahələrdən daha çoxdur. Bu, bizdən heyvandarlığın yem bazasının gücləndirilməsi üçün də addımlar atılmasını tələb edir. Digər tərəfdən, təkrar əkinlər fermerlər üçün il ərzində əlavə gəlir, torpağın strukturunun yaxşılaşması deməkdir. Nazirlər Kabinetinin 22 may 2020-ci il Sərəncamı ilə Dövlət büdcəsinin Ehtiyat Fondundan kənd təsərrüfatı məhsullarının istehsalçılarının toxum təminatının dəstəklənməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinə ayrılmış 5 milyon manat qısamüddətli vegetasiya dövrünə malik hibrid qarğıdalı toxumları alınması üçün fermerlərə birdəfəlik vəsait kimi ödəniləcək”.

Qeyd edək ki, təkrar əkin dövründə əkilən aralıq bitkilərinin məhsulu yığıldıqdan sonra torpaqda xeyli miqdarda bitki qalıqları və kök kütləsi qalır, becərilən bitkilərin bioloji xüsusiyyətlərindən və onların əmələ gətirdiyi ümumi məhsulun miqdarından asılı olaraq aralıq bitkiləri torpaqda 40-60 s/ha bitki qalığı və kök kütləsi saxlayır. Həmin üzvi qalıqlar torpaqda humusun miqdarını artırır, onun sturuktur vəziyyətini yaxşılaşdırır. Təkrar əkinlər həm aqroekoloji baxımdan, həmdə iqtisadi baxımdan səmərəlidir. Mütəxəssislər hesab edir ki, respublikada mal-qaranın qüvvəli və yaşıl yemə olan tələbatını tam təmin etmək üçün təkrar əkinlərdən istifadə vacib sayılır.


Digər xəbərlər


Azərbaycan neftinin qiyməti 44 dollara qalxıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı «Azeri LT CIF» markalı xam neftin qiyməti 0,25 ABŞ dollar, yaxud 0,57% ar...

Nazirlikdən ticarət obyektlərinə ciddi xəbərdarlıq

Azərbaycan İqtisadiyyat Nazirliyində iri market şəbəkələrinin rəhbərləri və menecerləri ilə onlayn görüş keçirilib. Nazirlikdə...

Azərbaycanda pul bazası 11,2 milyard manatı ötüb

Azərbaycanda pul bazası iyulun 1-nə 11 milyard 251,8 milyon manat təşkil edib. Gulustan.info Mərkəzi Banka istinadla xəbər ver...

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı «Azeri LT CIF» markalı xam neftin qiyməti 0,73 ABŞ dollar, yaxud 1,7% art...

Ölkədə siqaretin qiyməti artıb

Bu gündən Azərbaycanda bütün tütün məmulatlarının qiyməti artırılıb. Gulustan.info xəbər verir ki, ölkə ərazisində siqaret əvv...

Yeni investisiya fondu yaradıla bilər

“Azərbaycanda daxili və xarici mənbələr hesabına yeni investisiya fondunun yaradılması istiqamətində danışıqlar aparılır”. Bun...

Sahibkarlar üçün Elektron Kredit Platforması hazırlanıb

İqtisadiyyat Nazirliyi sahibkarlar üçün Elektron Kredit Platforması (e-edf.gov.az) hazırlayıb. Bu barədə nazir Mikayıl Cabbar...

Amazonun rəhbərinin "dodaq uçuqladan" sərvəti

ABŞ, epidemiyada yalnız yoluxma və ölüm sayı ilə deyil, işsizlik ilə də dünyada fərqlənir. Gulustan.info xarici mediaya istina...