Bakı 10 ℃

USD 1.7
RUB 0.0225
EUR 2.0271
TRY 0.2156
Qızıl 3072.648
Gümüş 39.4199

04.06.2020

ÜST: Ölkələr daha sərt karantin qaydaları tətbiq edə bilər

Koronavirusun mutasiya nəticəsində daha yoluxucu və ölümcül olduğu iddiasını Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) rədd edib.

Gulustan.info xəbər verir ki, ÜST rəsmisi Maria Van Kerxove koronavirusla bağlı ortaya atılmış iddialara cavab verib.

ÜST rəsmisi bildiribi ki, virusun mutasiyaya uğraması və daha da ölümcül olması yalandır:

“Digər viruslarda olduğu kimi zamanla normal olaraq koronavirus da dəyişir. Bu dəyişikliklərin heç biri xəstəliyi daha yoluxucu və ya ölümcül hala gətirmir”.

Dünyanın bir çox ölkələrində normallaşdırma addımlarının atıldığını deyən Kerxove, ABŞ, Meksika və Braziliyada epidemiyanın sürətlə davam etdiyini diqqətə çatdırıb:

“Epidemiya hələki bitməkdən çox uzaqdır. İnsanlar qadağalardan yorulub. Ancak qadağalar yavaş-yavaş aradan qaldırılmalıdır. Epidemiya üzərində nəzarəti itirən ölkələr daha sərt məhdudiyyətlər və karantin qaydalarını yenidən tətbiq edə bilərlər. Bu, insanları məyus edə və əsəbiləşdirə bilər”.

ÜST rəsmisi vurğulayıb ki, epidemiyanın uzanması və daha sərt karantin rejiminin tətbiqi iqtisadiyyatı iflic edəcək.


Digər xəbərlər


Baş Prokurorluq və və Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq etdi

Baş Prokurorluq və və Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir: «Silahlı Qüvvələrin A...

Yoluxanların sayı 4 mini ötdü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 4212 yeni yoluxma faktı qeydə alınıb, 1760 nəfər müalicə olunaraq sağalıb və evə bu...

Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən TƏBİB-ə 10 ədəd “Döyüş yaralıları üçün tibbi yardım dəsti” (War Wounded Kit) ianə edilib

Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) 10 ədəd “Döyüş yaralıları üçün tibbi...

Hökumət üzvləri işğaldan azad olunmuş ərazilərin bərpasını müzakirə edib

Noyabrın 27-də Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın videomüşavirə formatında növbəti iclası keçirilib. Nazirlə...

TƏBİB vətəndaşlara müraciət edib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusla bağlı vətəndaşlara müraciət edib. Gulustan.info xəbər verir ki...

DİN: Vətəndaşın təzyiqə məruz qalması həqiqəti əks etdirmir

“Vətəndaş Ruslan Quliyevin polis tərəfindən təzyiqə məruz qalması barədə səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir, əsassızdır...

Restoran, bərbərxana və gözəllik salonları da işləməyəcək

Bu gündən noyabrın 30-dək bütün ölkə ərazisində restoran, bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılıb. Bu barə...

Türkiyə parlamenti Fransa Senatının Qarabağ üzrə qətnaməsini pislədi

Türkiyə Böyük Millət Məclisinin üzvləri Fransa Senatının Dağlıq Qarabağ üzrə qətnaməsini qətiyyətlə pisləyiblər. Bu barədə “An...