Bakı 29 ℃

USD 1.7
RUB 0.0241
EUR 1.909
TRY 0.248
Qızıl 3016.718
Gümüş 30.6249

12.06.2020

“Səs Uşaqlar” müsabiqəsində böyük dəyişiklik

İctimai Televiziya və Radio Yayımları Şirkəti dünyada prioritetə çevrilən pandemiya səbəbilə bir sıra layihələrinin formatına dəyişiklik edib. İTV-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Aynurə Asimqızının verdiyi məlumata görə, bunlardan da biri yüzlərlə tamaşaçı auditoriyası olan məşhur “Səs Uşaqlar” müsabiqəsidir.

Böyük izləyici kütləsi ilə reallaşan müsabiqənin final mərhələsinin vaxtı Operativ Qərargahın verdiyi qərara əsasən, karantin qaydalarına uyğun olaraq dəyişdirilib. Layihənin Azərbaycan üzrə yayım hüququnun müəllifi İTV və layihənin müəllifi olan “Talpa Global B.V” şirkətləri arasında aparılan danışıqlara əsasən, “Səs Uşaqlar”ın final mərhələsinin vaxtı il sonuna qədər uzadılıb.

Hazırda müsabiqənin beynəlxalq finalçıları — Yalkı Saka (Türkiyə) və Adelina Bayseupovanın (Rusiya) ölkəmizə gəliş imkanları barədə danışıqlar aparılır. Pandemiya səbəbilə karantin qaydaları yumuşaldılacağı təqdirdə beynəlxalq finalçılar Azərbaycana gəliş imkanı əldə edəcək və müsabiqənin finalı reallaşdırılacaq.

Bundan əlavə, İTV həm də paralel olaraq böyüklər üçün “Səs Azərbaycan” layihəsinin qeydiyyatına start verib ki, böyüklərin qatılacağı seçim turunun da “Səs Uşaqlar”a maneəsi yoxdur.

Belə ki, hazırda böyüklər üçün ilkin mərhələ olan seçim turudur ki, bu da video formatında həyata keçirilir. Növbəti mərhələlərdə isə müsabiqənin yaradıcı qrupu tərəfindən həm ustadlar, həm də layihənin aparıcısı müəyyən ediləcək və bu barədə “Səs” sevərlərə ətraflı məlumat veriləcəkdir.

Qeyd edək ki, səsinə və özünə güvənən, yaşı 16-65 aralığında olan hər kəs öz ifasını video formatında çəkib (051) 255 44 44 nömrəsinə “whatsapp” vasitəsilə göndərə və ya www.itv.az saytında müvafiq bölməyə yükləyərək qatıla bilərlər.


Digər xəbərlər


İlham Əliyev Əmir Pəhləvana mənzil bağışladı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli yazıçı-dramaturq, şair Əmir Pəhləvana mənzil bağışlayıb. Bu,...

Qalatasaray klubu tanınmış futbolçuları ilə sağollaşır

Türkiyənin «Qalatasaray» klubu 5 futbolçusu ilə yollarını ayırmaq istəyir. Gulustan.info «Milliyet»-ə isti...

İranın sabiq Mədəniyyət naziri Nizami Gəncəvini İran şairi kimi təqdim edib

İranın keçmiş Mədəniyyət naziri Əhməd Məscid Camei Azərbaycanın dahi şairi Nizami Gəncəvini fars şairi kimi təqdim edib. Hazır...

Dieqo Maradona İspaniya yığmasına rəhbərlik edə bilər

Futbol əfsanəsi Dieqo Maradona İspaniya milli komandasının baş məşqçisi təyin oluna bilər. Gulustan.info xəbər verir ki, İspan...

İlham Əliyev rəssama mənzil hədiyyə etdi

Prezident İlham Əliyev Azərbaycan Dövlət Kukla Teatrının baş rəssamı İqbal Əliyevə mənzil bağışlayıb. Bu barədə rəssam şəxsi F...

Ağqoyunlulara məxsus Quran London hərracında naməlum ölkə tərəfindən satın alınıb

Azərbaycan tarixinin bir parçası olan Quran Londonun «Christie’s» salonunda keçirilən hərracda satılıb. Gulust...

Türkiyə İngiltərədən Sultan Mehmedin portretini satın alıb

İstanbulun Böyük Şəhir Bələdiyyəsi İngiltərənin «National Gallery» muzeyinin daimi sərgilənən sənət əsərləri arasında y...

Qızıl Qlobus mükafatları təxirə salındı - Koronavirusa görə

Qızıl Qlobus mükafatları 2021-ci ilin fevralına qədər təxirə salınıb. Gulustan.info xəbər verir ki, bu qərarı mükafatların təş...