Bakı 10 ℃

USD 1.7
RUB 0.0225
EUR 2.0271
TRY 0.2156
Qızıl 3072.648
Gümüş 39.4199

16.06.2020

Rusiya-Azərbaycan sərhədində baş verən hadisəyə XİN-dən MÜNASİBƏT

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Rusiya-Azərbaycan sərhədində baş verən hadisəyə münasibət bildirib.

Gulustan.info xəbər verir ki, Leyla Abdullayeva qeyd edib ki, Azərbaycan-Rusiya sərhədinin Dağıstan istiqamətində baş verən hadisə ilə bağlı Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən münasibət bildirilib: “Bu xüsusda, öz tərəfimizdən dəfələrlə vətəndaşlarımıza müraciət edərək ölkəyə geri dönüşün qeydiyyat əsasında həyata keçirildiyini, yaşlılar, xəstələr, qadınlar və həssas kateqoriyaya daxil olan digər vətəndaşlarımızın prioritet təşkil etdiyini, geri dönüşün ökəmizdəki karantin yerlərinin qəbuletmə imkanları ilə bilavasitə əlaqəli olduğunu qeyd etmişik. Sərhəd keçid məntəqəsinə toplaşmağın çıxış yolu olmadığı və mövcud vəziyyətdə anlayış göstərmələrini israrla xahiş etmişik.

Qeyd etmək istərdim ki, vətəndaşlarımızın geri dönüşü ilə bağlı iki ölkə arasında bütün səviyyələrdə əldə edilən qarşılıqlı razılaşma həyata keçirilir və müvafiq qurumlar arasında əlaqələndirmə çərçivəsində vətəndaşların ölkəyə gətirilməsi davam etdirilir. Bu gün də sərhəd keçid məntəqəsindən növbəti qrup vətəndşımızın ölkəyə keçidi təmin olunub.

Vətəndaşlarımıza müraciət edərək maksimum anlayış göstərməyə və olduqları ölkənin qanunvericiliyinə riayət etməyə çağırırıq”.


Digər xəbərlər


Prezidentin köməkçisi: "Ermənistan tərəfindən Tərtər şəhərinə qarşı genosid siyasəti həyata keçirilib"

“Prezident İlham Əliyev tərəfindən Tərtər şəhəri İkinci Dünya müharibəsindəki Stalinqrad şəhəri ilə müqayisə olunub”. Bunu bu ...

“Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət ...

Uşaqlara dair strategiya ilə bağlı fəaliyyət planı təsdiqlənib

Prezident İlham Əliyev “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq ed...

Zaxarovadan Dağlıq Qarabağ barədə AÇIQLAMA

“Son günlər Qarabağdakı Rusiya sülhməramlıları qaçqınların geri qayıtması, ərazinin minalardan təmizlənməsi və itkin düşmüş əsgər...

Azərbaycan və İtaliya XİN başçıları arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə tele...

Fransa XİN Senatın Qarabağla bağlı qərarını dəstəkləmədi

Fransanın Xarici İşlər Nazirliyi ölkə Senatının qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qə...

Azərbaycan və Səudiyyə XİN başçıları telefonla danışdı

2020-ci ilin 26 noyabr tarixində Azərbaycan Respublikasının xarici İşlər naziri Ceyhun Bayramov və Səudiyyə Ərəbistanı Krallığını...

Azərbaycan Fransaya nota verdi

Fransanın ölkəmizdəki səfiri Zaxari Qross Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə XİN-in Mətbuat xidmət...