Bakı 10 ℃

USD 1.7
RUB 0.0225
EUR 2.0271
TRY 0.2156
Qızıl 3072.648
Gümüş 39.4199

16.06.2020

Xarici İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsinə əlavə səlahiyyətlər verildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2004-cü il 29 yanvar tarixli 16 nömrəli və “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” 2012-ci il 4 iyun tarixli 646 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Gulustan.info-nun məlumatına görə, Fərmanla “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 88-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun icrası ilə əlaqədar “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.20-1-ci bənd əlavə edilir:

“Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq beynəlxalq əməkdaşlığı həyata keçirir, o cümlədən beynəlxalq monitorinqlərin aparılması üçün lazımi təşkilati tədbirlər görür;”.

Həmçinin, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.24-1-ci yarımbənd əlavə edilir:

““Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kimyəvi maddələr üzrə idxal, ixrac və tranzit əməliyyatlarını həyata keçirən müəssisələrin mərkəzləşdirilmiş qeydiyyatını aparmaq, habelə həmin müəssisələr haqqında illik bəyannamələri hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;”.


Digər xəbərlər


Prezidentin köməkçisi: "Ermənistan tərəfindən Tərtər şəhərinə qarşı genosid siyasəti həyata keçirilib"

“Prezident İlham Əliyev tərəfindən Tərtər şəhəri İkinci Dünya müharibəsindəki Stalinqrad şəhəri ilə müqayisə olunub”. Bunu bu ...

“Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət ...

Uşaqlara dair strategiya ilə bağlı fəaliyyət planı təsdiqlənib

Prezident İlham Əliyev “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq ed...

Zaxarovadan Dağlıq Qarabağ barədə AÇIQLAMA

“Son günlər Qarabağdakı Rusiya sülhməramlıları qaçqınların geri qayıtması, ərazinin minalardan təmizlənməsi və itkin düşmüş əsgər...

Azərbaycan və İtaliya XİN başçıları arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə tele...

Fransa XİN Senatın Qarabağla bağlı qərarını dəstəkləmədi

Fransanın Xarici İşlər Nazirliyi ölkə Senatının qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qə...

Azərbaycan və Səudiyyə XİN başçıları telefonla danışdı

2020-ci ilin 26 noyabr tarixində Azərbaycan Respublikasının xarici İşlər naziri Ceyhun Bayramov və Səudiyyə Ərəbistanı Krallığını...

Azərbaycan Fransaya nota verdi

Fransanın ölkəmizdəki səfiri Zaxari Qross Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə XİN-in Mətbuat xidmət...