Bakı 33 ℃

USD 1.7
RUB 0.0241
EUR 1.909
TRY 0.248
Qızıl 3016.718
Gümüş 30.6249

19.06.2020

Karantin rejimi zamanı Bakı sakinlərinin narahatçılığına son qoyan “Deliver Me”

Ən müxtəlif biznesləri və etibarlı partnorları bir araya gətirən “Deliver Me” onlayn platforması ölkədə tətbiq edilən xüsusi karantin rejimi vaxtı Bakı sakinlərinin narahatçılığına son qoyur.

Bu tətbiq əhalinin ilkin tələbatı olan ərzaq ,eyni zamanda dərman preparatları ən etibarlı şəkildə və qısa zamanda sifariş edilərək ünvana çatdırılmasını təmin edir. Üstəlik mobil tətbiqin istifadəçisi sifarişini rahatlıqla mobil telefondan izləyə biləcəkdir. Tətbiqi digər platformalardan fərqləndirın cəhətin biri də sadəcə ərzaq və dərman çatdırılması deyil, eyni zamanda çiçək, şərab, restoran və istifadəçinin istənilən bağlamasının bir nöqtədən digərinə çatdırılma imkanıdır.

Azərbaycanda məhsulların onlayn sifarişi və ünvana çatdırılması mədəniyyəti artıq formalaşmağa başlayıb. Xüsusi karantin rejimi vaxtı sakinlərin evdə qalıb onlayn ödəniş edərək kuryerlə kontaktı minimuma salması, tətbiqin əsas gözə batan özəllikləridir. Hindistan bazarında da uğurla fəaliyyət göstərən, dünyanın tanınmış sifariş və çatdırılma platformaları ilə rəqabət aparan “Deliver Me” onlayn xidməti artıq İyun ayından Azərbaycan bazarında fəaliyyətə başladı.

Bu barədə “Deliver Me” xidmətini təqdim edən şirkətin qlobal rəhbəri Vivek Ramalingam məlumat verib. O qeyd edib ki, şirkətin belə bir çətin zamanda Azərbaycanda bazara daxil olması ilə sakinlər evdə qalaraq tələbatlarını qarşılayacaq və xəstəlikdən qorunmaları ölkə üçün faydalı olacaqdır.

“Deliver Me” digər onlayn sifariş və çatdırılma platformalarından fərqləndirən cəhət artıq hər məhsul üçün ayrıca mobil platformaya ehtiyyacın olmaması və müxtəlif xidmətlərin tək ünvanda birləşməsidir eyni zamanda istifadəçilər ödəmə prosesində çətinlik çəkməsinlər deyə həm onlayn həm də nəğd şəkildə ödəmə edə bilərlər.

Digər tərəfdən çatdırılma xidməti məhz “Deliver Me” ilə əməkdaşlıq edən kuryerlər tərəfindən həyata keçiriləcək. Şirkət artıq bu məqsədlə müxtəlif növ kuryer xidmətləri (piyada, velokuryer, motokuryer və avtomobillə çalışan kuryerlər) göstərmək istəyən şəxsləri əməkdaşlığa da dəvət edir ki, burada da namizədlər üçün əsas tələblər 18 yaşdan yuxarı olmaları, şəhəri yaxşı tanımaları, smartfon sahibi olmaları və fəal həyat tərzi keçirmələridir. Hal-hazırda 250-dən çox kuryer “Deliver Me” platformasına qoşulub.

Şirkət müştərilərə həmçinin çoxsaylı endirim aksiyaları və həvəsləndirici kampaniyalar da təqdim edəcək.

“Deliver Me” onlayn tətbiqini “Google Play” və “Apple Store” platformalarından yükləməklə və Facebook və ya Google hesabından qeydiyyatdan keçməklə çox rahat şəkildə istifadə etmək mümkün olacaq.

“Deliver Me” xidmətinin istifadəçiləri ən son yenilikləri şirkətin sosial şəbəkələrdə olan səhifələrini izləməklə (facebook, instagram),  www.deliverme.az saytına daxil olmaqla və əldə edə bilərlər.


Digər xəbərlər


Azərbaycan nefti ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı «Azeri LT CIF» markalı xam neftin qiyməti 0,15 ABŞ dollar, yaxud 0,34% az...

Azərbaycan neftinin qiyməti 44 dollara qalxıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı «Azeri LT CIF» markalı xam neftin qiyməti 0,25 ABŞ dollar, yaxud 0,57% ar...

Nazirlikdən ticarət obyektlərinə ciddi xəbərdarlıq

Azərbaycan İqtisadiyyat Nazirliyində iri market şəbəkələrinin rəhbərləri və menecerləri ilə onlayn görüş keçirilib. Nazirlikdə...

Azərbaycanda pul bazası 11,2 milyard manatı ötüb

Azərbaycanda pul bazası iyulun 1-nə 11 milyard 251,8 milyon manat təşkil edib. Gulustan.info Mərkəzi Banka istinadla xəbər ver...

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı «Azeri LT CIF» markalı xam neftin qiyməti 0,73 ABŞ dollar, yaxud 1,7% art...

Ölkədə siqaretin qiyməti artıb

Bu gündən Azərbaycanda bütün tütün məmulatlarının qiyməti artırılıb. Gulustan.info xəbər verir ki, ölkə ərazisində siqaret əvv...

Yeni investisiya fondu yaradıla bilər

“Azərbaycanda daxili və xarici mənbələr hesabına yeni investisiya fondunun yaradılması istiqamətində danışıqlar aparılır”. Bun...

Sahibkarlar üçün Elektron Kredit Platforması hazırlanıb

İqtisadiyyat Nazirliyi sahibkarlar üçün Elektron Kredit Platforması (e-edf.gov.az) hazırlayıb. Bu barədə nazir Mikayıl Cabbar...