Bakı 33 ℃

USD 1.7
RUB 0.0241
EUR 1.909
TRY 0.248
Qızıl 3016.718
Gümüş 30.6249

19.06.2020

Pandemiya dövründə əhalinin 48 faizinə dəstək tədbirləri məqsədilə 600 milyon manat ayrılıb

«Sosial müdafiə və sosial təminat xidmətlərinin, eləcə də əlilliyin təyinatı, ünvanlı sosial yardım və özünüməşğulluq proqramlarının genişləndirilməsi və ictimai açıqlığının təmin olunması sahəsində ardıcıl islahatlar davam etdirilir. Belə ki, pandemiya dövründə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin vasitəsilə əhalinin 48%-nə, yəni 4,8 milyon şəxsə dəstək tədbirləri icra olunub, bu məqsədlər üçün 600 milyon manat vəsait ayrılıb».

Gulustan.info xəbər verir ki, bunu Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

Fazil Talıbovun sözlərinə görə, bu vəsaitin 250 milyon manatı Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2019-cu ildə formalaşmış qənaəti və ehtiyatı hesabına ödənilib, dövlət büdcəsinə bu çətin dövrdə əlavə maliyyə yükü yaradılmayıb: «İcra edilən proqramların şəffaflığı və ictimai açıqlığı tam təmin edilib. Həm ünvanlı sosial yardım, həm özünüməşğulluq, həm də 190 manatlıq birdəfəlik ödəmə proqramları çərçivəsində ödəniş alan bütün şəxslərin adlı siyahısı Nazirliyin rəsmi saytında və e-sosial.az portalında yerləşdirilib, dövri olaraq ictimaiyyətə hesabatlar təqdim olunub.

Son il yarımda ünvanlı yardım proqramı 2 dəfə genişlənərək 350 min üzvü olan 83 min ailəni əhatə edib, özünüməşğulluq proqramı da 2 dəfə artırılaraq 11 min ailəyə biznes imkanı yaradılıb. Hər iki proqram çərçivəsində həyata keçirilən bütün satınalmalar qanunvericiliyə uyğun olaraq açıq tender vasitəsilə təmin edilib, nazirliyin hər hansı əməkdaşına hər hansı qohumluğu olan şəxslər bu tenderdə iştirak etməyib və bütün məlumatlar aidiyyəti dövlət orqanlarının informasiya resurslarında yerləşdirilib».


Digər xəbərlər


Azərbaycan nefti ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı «Azeri LT CIF» markalı xam neftin qiyməti 0,15 ABŞ dollar, yaxud 0,34% az...

Azərbaycan neftinin qiyməti 44 dollara qalxıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı «Azeri LT CIF» markalı xam neftin qiyməti 0,25 ABŞ dollar, yaxud 0,57% ar...

Nazirlikdən ticarət obyektlərinə ciddi xəbərdarlıq

Azərbaycan İqtisadiyyat Nazirliyində iri market şəbəkələrinin rəhbərləri və menecerləri ilə onlayn görüş keçirilib. Nazirlikdə...

Azərbaycanda pul bazası 11,2 milyard manatı ötüb

Azərbaycanda pul bazası iyulun 1-nə 11 milyard 251,8 milyon manat təşkil edib. Gulustan.info Mərkəzi Banka istinadla xəbər ver...

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı «Azeri LT CIF» markalı xam neftin qiyməti 0,73 ABŞ dollar, yaxud 1,7% art...

Ölkədə siqaretin qiyməti artıb

Bu gündən Azərbaycanda bütün tütün məmulatlarının qiyməti artırılıb. Gulustan.info xəbər verir ki, ölkə ərazisində siqaret əvv...

Yeni investisiya fondu yaradıla bilər

“Azərbaycanda daxili və xarici mənbələr hesabına yeni investisiya fondunun yaradılması istiqamətində danışıqlar aparılır”. Bun...

Sahibkarlar üçün Elektron Kredit Platforması hazırlanıb

İqtisadiyyat Nazirliyi sahibkarlar üçün Elektron Kredit Platforması (e-edf.gov.az) hazırlayıb. Bu barədə nazir Mikayıl Cabbar...