Bakı 21 ℃

USD 1.7
RUB 0.0225
EUR 2.0173
TRY 0.2246
Qızıl 3320.746
Gümüş 45.6101

22.06.2020

Dağıdılan Alban məbədi və Mədəniyyət nazirliyinin susqunluğu

Zaqatala şəhərinin mərkəzində yerləşən IV-V əsrə aid Alban məbədi Mədəniyyət Nazirliyinin daha bir qurbanıdır. Ermənilər illərdir bu kilsəyə Müqəddəs Qevorq kilsəsi adı verərək özününküləşdirməyə çalışır. Gürcülər də digər tərəfdən qədim alban məbədini özününkü hesab edirlər. Ancaq qədim albanların ibadət yeri olan bu kilsə diqqətdən kənarda qalaraq bu günə düşüb.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev alban abidələri ilə bağlı fikirlərini Kanal8-də səsləndirib.

Zaur Əliyev bildirib ki, illərdir nazirlik abidələri təmir etmək istəmir:

«Bir sual verilən kimi «dövlət tərəfindən heç bir maliyyə ayrılmayıb və yaxın gələcəkdə də gözlənilmir” bəhanəsini edirlər. Bir qədim Alban məbədini təmir etmək bu qədər çox pul aparır məgər?»

Məbədlə bağlı isə Zaur Əliyev bu bilgiləri paylaşıb:

«Məbəd öz ölçülərinə və memarlıq üslubuna görə aid edildiyi dövr məbədlərindən fərqlənir. Ancaq məbəddəki bir sıra elementlərin sonradan əlavə edilməsi məlumdur. Qırmızı kərpicdən inşa olunmuş məbədin geniş sütunlu və üç mərtəbəli zalı zəng qülləsi ilə tamamlanır. Məbədin inşasında şərq memarlığı elementlərindən geniş istifadə olunsa da, bayır divarlarındakı səkkizgüşəli xaçlar diqqəti daha çox cəlb edir. Sovet hakimiyyəti dövründə isə divarlarının boyandığı deyilir. Həmçinin sonradan bu məbəddə yanğın baş verdiyi də bildirilir. 1830-cu ildə Zaqatala qalası salındıqdan sonra buraya köçürülən xristianların ibadət etmələri üçün kilsə xristian əhalisinin istifadəsinə verilib. Belə ki, həmin dövrdə üzərində “bərpa” işləri aparılmış kilsənin xarakteri və quruluşu dəyişdirilərək rus kilsəsi kimi fəaliyyət göstərib. Sovet hakimiyyəti illərində kilsədən yaşayış evi kimi istifadə olunub. Zaqatala Çar Rusiya tərəfindən işğal olunandan sonra 1851-ci ildə Alban kilsəsi əsasında xristian-pravoslav kilsəsi inşa edilib. 1953-cü ilə qədər isə kilsə olaraq fəaliyyət göstərib. Tikintidə əsasən çay daşlarından və bişmiş kərpicdən istifadə olunub. Kilsənin üzərindəki günbəz 12 gözlüdür. Memarlıq baxımından diqqət yetirdikdə kilsənin daxilində T şəkilli sütunlardan istifadə olunduğu görünür. Sütunlar həm də günbəzin saxlanmasında dayaq rolunu oynayır. Əvvəllər kilsənin günbəzə çıxan ayrıca pilləkənləri olub. Pəncərə hissələrinə çöl tərəfdən apsida əlavə olunub.

Kilsənin ətrafında tikilən digər kiçik hücrələr isə ya uzaqdan gələn qonaqların gecələməsi üçün sığınacaq, ya da dini dərslərin keçirilməsi üçün sinif kimi istifadə olunurmuş. Məbədin sol hissəsində geniş sahəyə malik olan zal isə kütləvi ibadətlərin keçirilməsi üçün istifadə olunub. Kilsədə yeraltı yolların olması da ehtimal olunur».

Hazırda bu məbəd baxımsız vəziyyətdədir. Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrsin Qorunması şöbəsi isə sadəcə susur.


Digər xəbərlər


Misirdə yeni kəşf - 22-ci sülaləyə aid qəbrlər tapılıb

Misirin paytaxtı Qahirə yaxınlığında yerləşən qədim Saqqara nekropolunda işləyən arxeoloqlar 27 lahit tapdılar. Gulustan.info ...

"Emmi" mükafatının qalibləri məlum olub

Los-Anceles şəhərində 72-ci «Emmi» mükafatının təqdimetmə mərasimi təşkil olunub. Gulustan.info BBC-ə istinadən xəbə...

Azərbaycan “Eurovision”da iştirakını təsdiqlədi

zərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqlənibİctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyə...

Bu gün Azərbaycanda Milli musiqi günüdür.

Bu gün Azərbaycanda Milli musiqi günü qeyd olunur. Azərbaycanda Milli musiqi günü dahi Üzeyir Hacıbəyovun doğum günü ilə bağlı...

İbrahim Tatlısəs yenidən ekranlara qayıdır

Türk musiqisinin imperatoru İbrahim Tatlısəs yenidən teleməkana qayıtmaq qərarını verib. Tatlısəsin məşhur “İbo şou” verilişi ...

Leyla Əliyevanın Rasim Balayevlə - Müsahibəsi

“Baku” jurnalının baş redaktoru Leyla Əliyeva ilə görkəmli aktyor Rasim Balayev filmlər və kitablar, ailə və yaradıcılıq, keçmiş ...

İranda Dədə Qorqud kitabının nəşrinə icazə verilməyib

İranın Mədəniyyət Nazirliyi gənc tədqiqatçı tərəfindən hazırlanmış “Kitabi-Dədə Qorqud” əsərinin çapına icazə verməyib. Bu bar...

Prezidentdən Fikrət Qoca ilə bağlı sərəncam

Prezident İlham Əliyev Fikrət Qoca haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan mədəniyyətinin inkişafında xüsusi ...