Bakı 33 ℃

USD 1.7
RUB 0.0241
EUR 1.909
TRY 0.248
Qızıl 3016.718
Gümüş 30.6249

23.06.2020

Taxılçılıq təsərrüfatı təhlükə altında — Susuzluqdan yanır

Ölkənin ilk özəl pilot taxılçılıq təsərrüfatı “Qarabağ Taxıl”ın Ağcabədi və Beyləqandakı əkin sahələri susuzluqdan yanır. Şirkətin öz sahələrindən yaydığı fotoşəkillərdən görünür ki, 6000 hektara yaxın sahədə əkilmiş qarğıdalı və soya bitkiləri məhv olmaq üzrədir. Hal-hazırda sahələrdəki vəziyyət məhsuldarlığın 40% itirildiyindən xəbər verir. Qalan məhsulu xilas etmək üçün isə avqusutn ortalarına kimi dayanmadan sahələr su ilə təmin olunmalıdır. Bəs müasir suvarma sistemi olan pivot sistemini Azərbaycanda tətbiq edən ilk şirkətlərdən olan bu şirkətin su probleminin səbəbi nədir?

“Bizim taxılçılıq təsərrüfatı Azərbaycanın Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Torpaq Fondundan ayrılmış torpaqlarda yaradılıb. Dövlət bu təsərrüfatın qurulmasına 30 milyon manatdan artıq investisiya qoyub, ərazidə əvvəllər fəaliyyət göstərmiş 138 fermer təsərrüfatı subyektinə dövlət büdcəsindən 2 milyon manatadək kompensasiya ödənilərək, köçürülməsi təmin edilib. Həmçinin “Qarabağ Taxıl” tərəfindən təsərrüfata 27 milyon manatdan artıq investisiya qoyulub. Torpaqların əkinçilik məqsədilə istifadəsi üçün Baş Mil kanalından əraziyə uzunluğu 11 km və su ötürücülüyü 16-18 m3/san olan Yuxarı Mil beton kanalı çəkilib. Lakin indi bu Yuxarı Mil kanalına su buraxılmaması səbəbindən sahələrdə əkinlər məhv olur” – şirkətdən bildirilib.

“Qarabağ Taxıl dövlətin böyük investisiyası ilə ölkənin ərzaq təhlükəsizliyi məqsədilə yaradılmış təsərrüfatdır. Bu təsərrüfatın qurulması üçün təkcə xüsusi olaraq Yuxarı Mil kanalı çəkilməyib, həm də müxtəlif dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində möhkəm infrastruktur qurulub – əraziyə və ətraf kəndlərə xidmət edən uzunluğu 23 km olan avtomobil yolu, uzunluğu 10 km olan yüksək ğərginlikli 2 dövriyyəli elektrik xətləri çəkilib. Yerli idarəetmə strukturlarının dövlətin ümumi iqtisadi siyasətinə zidd fəaliyyəti, suyun doğru paylanmaması səbəbindən bir sıra dövlət qurumlarının birgə səyi və dövlətin böyük investisiyası ilə yaradılmış təsərrüfat məhv olmaq üzrədir” – şirkətdən bildirilib.

“Suyun növbəli verilməsi müasir pivot sistemi üçün uyğun deyil. Pivot sistemi suyu az və qənaətlə işlədir, su itkisinə yol vermir, amma sistemdə daim su olmalıdır. Çünki bu sistem torpağın üst qatını nəmləndirir və bu nəm mütəmadi saxlanmalıdır. Bir gün verib, bir neçə gün kəsilən rejim pivot sahələrinin məhvi deməkdir”- Qarabağ Taxıl-da problemin səbəbini belə görürlər.

Qarabağ Taxıl ölkənin ən iri taxılçılıq təsərrüfatlarındandır. İldə 25 min tondan artıq qarğıdalı, 6 min tondan artıq soya istehsal edərək, ildən ilə 15-20 milyon manatdan çox dəyərə malik məhsul ilə idxalı yerli məhsulla əvəzləyir, heyvandarlıq və quşçuluq sahəsi üçün yem istehsal edir. Təsərrüfatda 151 daimi və 22 mövsümi əməkdaş çalışır.

Qarabağ Taxıl-da susuzluğun yarada biləcəyi nəticələr barədə narahatlığı da gizlətmirlər: “Bizim sahələrdə məhsul itkisi bir neçə aydan sonra ət məhsullarında, xüsusilə də quş ətində qiymət artımına səbəb ola bilər. Bu da illərlə nail olduğumuz və nail olmaq istədiyimiz hədəfləri qeyri-rasional yanaşma ilə əldən buraxmaqdır”.

Qeyd edək ki, Qarabağ Taxıl MMC Səba Açıq Səhmdar Cəmiyyətinin törəmə müəssisələrindəndir. Müəssisənin istehsal etdiyi məhsul ”Səba”  quşçuluq müəssisəsinin yem ehtiyacının böyük hissəsini idxaldan azad edib. Bundan əlavə, müəssisə ölkənin bir sıra quşçuluq və heyvandarlıq müəssisələrini də yemlə təmin edir.

Mənbə marja.az


Digər xəbərlər


Azərbaycan nefti ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı «Azeri LT CIF» markalı xam neftin qiyməti 0,15 ABŞ dollar, yaxud 0,34% az...

Azərbaycan neftinin qiyməti 44 dollara qalxıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı «Azeri LT CIF» markalı xam neftin qiyməti 0,25 ABŞ dollar, yaxud 0,57% ar...

Nazirlikdən ticarət obyektlərinə ciddi xəbərdarlıq

Azərbaycan İqtisadiyyat Nazirliyində iri market şəbəkələrinin rəhbərləri və menecerləri ilə onlayn görüş keçirilib. Nazirlikdə...

Azərbaycanda pul bazası 11,2 milyard manatı ötüb

Azərbaycanda pul bazası iyulun 1-nə 11 milyard 251,8 milyon manat təşkil edib. Gulustan.info Mərkəzi Banka istinadla xəbər ver...

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı «Azeri LT CIF» markalı xam neftin qiyməti 0,73 ABŞ dollar, yaxud 1,7% art...

Ölkədə siqaretin qiyməti artıb

Bu gündən Azərbaycanda bütün tütün məmulatlarının qiyməti artırılıb. Gulustan.info xəbər verir ki, ölkə ərazisində siqaret əvv...

Yeni investisiya fondu yaradıla bilər

“Azərbaycanda daxili və xarici mənbələr hesabına yeni investisiya fondunun yaradılması istiqamətində danışıqlar aparılır”. Bun...

Sahibkarlar üçün Elektron Kredit Platforması hazırlanıb

İqtisadiyyat Nazirliyi sahibkarlar üçün Elektron Kredit Platforması (e-edf.gov.az) hazırlayıb. Bu barədə nazir Mikayıl Cabbar...