Bakı 28 ℃

USD 1.7
RUB 0.0241
EUR 1.909
TRY 0.248
Qızıl 3016.718
Gümüş 30.6249

27.06.2020

XİN: Ermənistan rəhbərliyi əmin olmalıdır ki, heç bir təxribatı cavabsız qalmayacaq

«Azərbaycan Respublikasının Prezidenti cənab llham Əliyevin bu ilin 25 iyun tarixində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında çıxışı zamanı təcavüzkar ölkə olan Ermənistandakı vəziyyəti bütün çılpaqlığı ilə təsvir etməsi, bu “müstəqil” ölkənin yaşadığı dərin böhranı konkret faktlarla qeyd etməsi, Ermənistan rəhbərliyini acı həqiqətlərlə üz-üzə qoyub».

Gulustan.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xasici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, “demokratik inqilab” pərdəsinə bürünüb hakimiyyətə gələn, xalqına qızıl dağlar vəd edən Ermənistan rəhbərliyinin, ölkədəki hakimiyyət bölgüsünü pozaraq diktatura rejimini qurması, verdiyi vədlərinə əməl edə bilməməsi, özündən öncəki cinayətkar rejimin işğalçı siyasətini möhkəmləndirmək, beləliklə də beynəlxalq hüququn norma və prinsiplərini tapdalamaq siyasətini davam etdirməsi artıq Ermənistan baş nazirinin büründüyü pərdənin açılaraq həqiqətləri üzə çıxardığını göstərir.

«Ermənistan baş nazirinin son bəyanat və hərəkətləri onun ölkə daxilindəki uğursuzluğunu, bölgədəki vəziyyəti gərginləşdirərək, münaqişənin yenidən alovlanması yolu ilə ört-basdır etmək cəhdlərindən xəbər verir. Əks-təqdirdə, işğalçı ölkənin rəhbərliyinin Azərbaycana qarşı olan son təxribat və təhrikçi əməllərini necə izah emək olar?!»

L.Abdullayevanın sözlərinə görə, təcavüzkar Ermənistan rəhbərliyi əmin olmalıdır ki, heç bir təxribatı cavabsız qalmayacaq: «Azərbaycan xalqı dövət başçısının rəhbərliyi altında və beynəlxalq hüququn norma və prinsipləri, eləcə də Azərbaycan qanunvericiliyi əsasında Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin edəcək. Ermənistan rəhbərliyi isə Azərbaycanın ərazilərinin hərbi işğalı, bu ərazilərdə etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının pozulmasına görə birbaşa məsuliyyət daşıdığı kimi, cinayətkar əməllərinə görə öz xalqı qarşısında da cavab verəcək».


Digər xəbərlər


Prezident Türkiyə ilə viza sazişini təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan aza...

İlham Əliyev Vladimir Putini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng e...

Prezidentlərin videokonfrans vasitəsilə görüşü keçirilib

İyulun 2-də Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ...

Prezident maska taxmamağa görə cərimə artımını təsdiqlədi

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Sənədə əsasən epidemiya əl...

Məmmədyarov Mnatsakanyanla görüşdü

İyun 30-da Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk qrupunun həmsə...

Mövlud Çavuşoğlu: "NATO müttəfiqi Fransa Liviyada Rusiyanın mövcudluğunu gücləndirməyə çalışır"

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fransanı sərt şəkildə tənqid edib. Gulustan.info xəbər verir ki, o, bu sözləri...

Prezident: "Sərhədlərimiz yalnız Azərbaycan vətəndaşlarının qəbulu və ölkəni tərk etmək istəyən əcnəbilərin getməsi üçün açıqdır"

«Əməkdaşlığa və Azərbaycanda turizm sektorunu dəstəklədiyinizə görə sizə təşəkkür edirəm. Görüşümüz yadımdadır. O zaman siz ...

Prezidentlə Zurab Pololikaşvili arasında videokonfrans keçirildi

İyunun 30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu təşkilat...