Bakı 27 ℃

USD 1.7
RUB 0.0241
EUR 1.909
TRY 0.248
Qızıl 3016.718
Gümüş 30.6249

29.06.2020

Bakıda koronavirus daha bir hamilə qadını həyatından etdi

Bakıda daha bir hamilə qadın koronavirusdan vəfat edib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, iyunun 24-də 1989-cu il təvəllüdlü 7 aylıq hamilə qadın 1 saylı Kliniki Tibbi Mərkəzin ginekologiya şöbəsinin reanimasiyasına daxil olub. Onda COVİD-19 virusunun əlamətləri aşkar edildiyindən test edilib. Testin nəticəsi pozitiv çıxıb. İyunun 27-də vəziyyəti ağırlaşdığı üçün süni tənəffüs aparatına qoşulub. Hamilə qadın kəskin ürək-ağciyər çatışmazlığından vəfat edib. 

1 saylı Kliniki Tibbi Mərkəzin şöbə müdiri Cəmilə Ağazadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hamilə qadın xəstəxanaya müraciət edərkən artıq vəziyyəti ağır olub:

“29 həftəlik hamilə qadın iyunun 24-ü gecə saat 01-də Kliniki xəstəxanaya qəbul olunub. Xəstə artıq gələndə ağır vəziyyətdə idi. Ona görə ki, onun koronavirus xəstəliyi 3 gün əvvəl başlayıb. Yüngül öskürək, təngnəfəslik olub, hərarəti 3 gün ərzində 38,5 dərəcə olub. Lakin hamilə qadının xəstəxanaya ilk müraciəti 3 gün sonra olub. Artıq onda boğulma simptomları əmələ gəlmişdi, təngnəfəslik, ağciyərlərin distress sindromundan xəstəxanada vəfat edib.

Bizdə hamilə qadının bütün müayinələri aparılıb, ona koronavirus infeksiyası, ikitərəfli ocaqlı pnevmaniya diaqnozları qoyulub. Hamilə qadının əvvəldən ağır xəstəliyi olmayıb. Həmin qadında pnevmoniya koronavirusa yoluxandan sonra yaranıb.

Əhalidən artıq dərəcədə xahiş edirik ki, sağlamlıqlarına ciddi yanaşsınlar.

İstər hamilələr olsun, istər digər vətəndaşlar, koronavirusun ilk simptomlarında həkimə müraciət etsinlər. Evdə özünüzü müalicə etməyin. Həkimə gec müraciət edəndə xəstəni ağır vəziyyətdən çıxarmaq daha çətin olur. Hər iki ağciyərin çatışmazlığı əmələ gəlir, vəziyyət daha da ağırlaşır. Evdə özünü müalicə etmək və həkimə gec müraciət etmək xəstənin vəziyyətini daha da ağırlaşdırır».


Digər xəbərlər


Dünyada koronavirusla bağlı son vəziyyət açıqlanıb

Dünyada son bir gündə koronavirusa 175 mindən çox yoluxma aşkarlanıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.Qey...

Bakı metrosu bu gündən iyulun 20-dək işləməyəcək

Bu gündən «Bakı Metropoliteni» QSC-də sərnişindaşıma fəaliyyəti dayandırılır. Bununla bağlı Nazirlər Kabineti yanınd...

Azərbaycanda daha bir həkim koronadan vəfat etdi

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib. Medicina.az-a istinadən xəbər verilir ki, Sumqayıt şəhər 2 saylı Doğum ...

Koronavirus məhdudiyyətlərinə seks işçilərindən etiraz

Almaniyanın paytaxtı Berlində seks işçiləri koronavirusla mübarizə çərçivəsində edilən məhdudiyyətlərə qarşı etiraz aksiyası keçi...

Yeni təhlükə - Koronavirus bitti Deng qızdırması başladı

Koronavirus epidemiyasının dünyada, xüsusən də Amerika və Afrikada sürətlə yayıldığı vaxtda Asiyada yeni bir xəstəlik panikaya sə...

Fransanın yeni baş naziri elan edildi

Bu gün Fransada istefa verən baş nazir Edouard Filippenin yerinə baş nazir təyinatı olub Gulustan.info xəbər verir ki, Fransa ...

Pakistanın Xarici İşlər naziri koronavirusa yoluxub

Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qureyşi Covid-19 infeksiyasına yoluxub. Gulustan.info xəbər verir ki, bu barədə o, “...

Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin ev problemi həll olunub

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin ev problemi həll olunub. Gulustan.info...