Bakı 21 ℃

USD 1.7
RUB 0.0225
EUR 2.0173
TRY 0.2246
Qızıl 3320.746
Gümüş 45.6101

30.06.2020

Azərbaycan-İran sərhədində atışma: Ölən var

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, bu tədbirlər nəticəsində 2020-ci ilin 29 iyun tarixində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilmə­sinin qarşısı alınıb.

Həmin gün saat 23:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan ra­yonunun Aşağı Çə­mənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazi­sində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbay­can Respublikası isti­qa­mətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfin­dən aşkar olun­muşdur. Sərhəd pozucularının silahlı olmaları, üzərilə­rində 2 ədəd kisədə yük olması müşahidə edilib.Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xə­bər­­darlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həya­tına qəsd ediblər.

Sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunub, sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb. Digər sərhəd pozucusu ərazinin sıx meşəlik, hava şərai­tinin qa­ranlıq olmasından istifadə edərək geri qaçıbƏraziyə baxış zaman 1 ədəd lüləsi kəsilmiş tüfəng, 2 ədəd kisədə təxmini çəkisi 33 kq olan narkotikə bənzər maddə aşkar edilib.

Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib.Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sər­həd dəstəsinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.


Digər xəbərlər


İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda çıxış edib

Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keç...

Cames Bondun silahları oğurlandı - İngilis polisi xalqdan kömək istəyir

İngiltərədə polis ictimaiyyətdən Cames Bond filmlərində istifadə edilən mart ayında oğurlanmış silahların tapmasında yardım istəy...

Sahibə Qafarova Rusiyaya rəsmi səfərə gedib

Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti sentyabrın 21-də Rusiyaya rəsmi s...

Son sutkada 92 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 81 nəfər müalicə olunaraq sağ...

Türkiyə PUA-ları Ermənistan sərhədində - FOTO

Türkiyəyə məxsus pilotsuz uçuş aparatları Ermənistanla sərhəd boyu uçuşlara başlayıb. Modern.az real uçuşları qeydə alan fligh...

İlk səfərbərlik qrupu yola düşdü

İlk səfərbərlik qrupu yola düşdü Xəbər verdiyimiz kimi Dövlət Səfərbərlik Xidmətinin yaydığı məlumata görə, bu gündən Azərbayc...

Təhsil Nazirliyindən dərslikdə erməni bayrağının rənglərinin olması iddiası ilə bağlı AÇIQLAMA

Nazirlikdən Kanal8-ə verilən məlumata görə, açıqlamada bildirilir ki, sosial şəbəkələrdə yayılmış erməni bayrağının rənglərinin ə...

Şəhid çavuş dəfn edilir (FOTO)

Şəhid hərbçimiz ilə vida mərasimi keçirilir. Gulustan.info xəbər verir ki, sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-...