Bakı 33 ℃

USD 1.7
RUB 0.0241
EUR 1.909
TRY 0.248
Qızıl 3016.718
Gümüş 30.6249

30.06.2020

Bu malların ölkə ərazisindən aparılması məhdudlaşdırıldı — SİYAHI

Nazirlər Kabineti “Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 fevral tarixli 42 nömrəli Qərarında dəyişiklik edib.

Gulustan.info xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair müddət sentyabrın 1-dək uzadılıb.

Siyahıya aşağıdakı mallar daxildir:

  • Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti
  • Hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar
  • Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litr və ya daha az olan
  • Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litrdən çox olan
  • Əczaçılıq məhsulları (pərakəndə satış üçünformalarda və ya qablaşmalara qablaşdırılmayan tənzif və tənzif məmulatları)
  • Dezinfeksiyaedici vasitələr
  • Koronavirus (COVID-19) infeksiyasının müəyyən edilməsi üçün testlər
  • Baxillər
  • Steril və qeyri-steril əlcəklər
  • Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların və respiratorların, tibbi

personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlərin (kombinezonların)

istehsalında istifadə olunan parçalar

  • Tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar)
  • Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar, tibbi

personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar)

  • Tibbi personalın istifadəsi üçün hermetic qoruyucu eynəklər
  • Ozon, oksigen və aerozol terapiyası, süni tənəffüs aparatı və ya digər terapevtik

tənəffüs aparatı

  • İnsan hərarətinin təmassız ölçülməsi üçün elektron portativ termometrlər.

Yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə siyahısı bu Qərara əlavə olunan malların Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılıb.


Digər xəbərlər


Sabahın hava proqnozu açıqlanıb

5 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Gulustan.info-ya verilən məlumata görə, 5 iyu...

Dörd alim barələrində yayılan qərəzli fikirlərlə bağlı bəyanat verdi

İrəvan şəhərinin 1918-ci ildə ermənilərə güzəştə gedilməsinə dair AMEA Tarix İnstitutu “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbə...

Paytaxtda alternativ qaz xətləri yaradılır

Bakı şəhərində bir sıra ərazilərdə mövcud qaz xətlərinə alternativ xətlərin çəkilməsinə diqqət ayrılıb. “Azəriqaz” İstehsalat ...

Ermənistanda koronavirusa yoluxma sayı 28 minə çatır

Ermənistanda son sutka ərzində daha 580 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. Ölkədə koronavirusa yoluxanların ümumi...

DYP: Küçələrdə hərəkətə nəzarət gücləndirilib

“Sərt karantin elan olunan ərazilərdə polis tərəfindən küçələrdə hərəkətə nəzarət gücləndirilib, küçə və ərazilərdə hərəkət iştir...

“Microsoft” ödənişsiz təlim proqramı istifadəyə verib

“Microsoft” şirkəti 25 milyon insana proqram tərtibatçısı, qrafik dizayner və məlumat analitiki bacarıqlarına yiyələnməyə kömək e...

Dünyada koronavirusla bağlı son vəziyyət açıqlanıb

Dünyada son bir gündə koronavirusa 175 mindən çox yoluxma aşkarlanıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.Qey...

Bakı metrosu bu gündən iyulun 20-dək işləməyəcək

Bu gündən «Bakı Metropoliteni» QSC-də sərnişindaşıma fəaliyyəti dayandırılır. Bununla bağlı Nazirlər Kabineti yanınd...