Bakı 29 ℃

USD 1.7
RUB 0.0233
EUR 2.0018
TRY 0.2438
Qızıl 3357.483
Gümüş 41.4589

30.06.2020

FIDE Ümumdünya Şahmat Olimpiadasında195 ölkənin iştirak etməsini istəyir

Beynəlxalq Şahmat Federasiyası (FIDE) bu quruma üzv olan 195 ölkədən komandaların Ümumdünya Şahmat Olimpiadasında iştirakına çalışacaq.

Bu barədə TASS informasiya agentliyinə müsahibəsində FIDE-nin prezidenti Arkadi Dvorkoviç bildirib. Ali qurumun rəhbəri qeyd edib ki, koronavirus pandemiyasına görə turnir onlayn formatda keçiriləcək. O, iki-üç gündən sonra turnirə milli komandaların qeydiyyatının başlayacağını vurğulayıb. A.Dvorkoviç bu nüfuzlu yarışda 195 komandanın hamısının iştirak edib-etməyəcəyini bilmədiyini, lakin bütün yığmaların yarışa qatılması üçün səy göstərəcəklərini vurğulayıb.

Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadası ilk dəfə 1927-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda keçirilib. Yarış 1950-ci ildən başlayaraq hər iki ildən bir təşkil olunur. Azərbaycan 2016-cı ildə Şahmat Olimpiadasına ev sahibliyi edib. Sonuncu – 43-cü Olimpiada isə Batumidə təşkil olunub.


Digər xəbərlər


Livandakı partlayışı İŞİD öz üzərinə götürüb

Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində 70 nəfər dünyasını dəyişib. Gulustan.info xəbər verir ki, bunu Livan...

Azərbaycan XİN Livana başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Beyrutdakı partlayışla bağlı Livana başsağlığı verib. Bu barədə XİN-in “Twitter” səh...

Los Ancelesdəki Pakistan Şurası azərbaycanlılara qarşı törədilmiş vəhşilikləri pisləyib

ABŞ-ın Los Anceles şəhərində fəaliyyət göstərən nüfuzlu Pakistan Şurası 21 iyul tarixində Baş Konsulluğun qarşısında keçirilmiş a...

Ezamiyyələrin icaze.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin re...

XİN: Beyrutdakı partlayışda azərbaycanlıların yaralanması barədə AÇIQLAMA

Beyrutda baş vermiş partlayış nəticəsində azərbaycanlıların xəsarət alması ilə bağlı hər hansısa məlumat daxil olmayıb. Gulust...

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ər...

Tramp Beyrutdakı partlayışı “dəhşətli hücum” adlandırdı

ABŞ Prezidenti Donald Tramp Livanın paytaxtı Beyrutda baş vermiş hadisəni «dəhşətli hücum» adlandırıb. Ağ Evdə keçi...

Beyrutda baş vermiş partlayışın səbəbi məlum olub

Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi aç...