Bakı 32 ℃

USD 1.7
RUB 0.0241
EUR 1.909
TRY 0.248
Qızıl 3016.718
Gümüş 30.6249

30.06.2020

Hikmət Hacıyev: “Azərbaycanda gündəlik 7-8 min adam test edilə bilər”

“Dünya dövlətlərinin statistikaları çox fərqlidir”.

Kanal8 xəbər verir ki, bu sözləri bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikasının təcrübəsində çox tələbkar test mexanizmi ilk gündən tələb olunur:

“Bizim test arealımız və əhatə dairəmiz çox genişdir. Gündəlik 7-8 min adam test edilə bilər. Azərbaycanda bütün rəqəmlər şəffaf xarakter daşıyır. Bu, onun göstəricisidir ki, Azərbaycanda dövlət və vətəndaş arasında etimadlı dialoq var. Hər şey olduğu kimi vətəndaşa çatdırılır. Testin aparılması və risk qruplarının müəyyən edilməsi ölkəmizdə geniş xarakter daşıyır”.


Digər xəbərlər


DYP: Küçələrdə hərəkətə nəzarət gücləndirilib

“Sərt karantin elan olunan ərazilərdə polis tərəfindən küçələrdə hərəkətə nəzarət gücləndirilib, küçə və ərazilərdə hərəkət iştir...

“Microsoft” ödənişsiz təlim proqramı istifadəyə verib

“Microsoft” şirkəti 25 milyon insana proqram tərtibatçısı, qrafik dizayner və məlumat analitiki bacarıqlarına yiyələnməyə kömək e...

Dünyada koronavirusla bağlı son vəziyyət açıqlanıb

Dünyada son bir gündə koronavirusa 175 mindən çox yoluxma aşkarlanıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.Qey...

Bakı metrosu bu gündən iyulun 20-dək işləməyəcək

Bu gündən «Bakı Metropoliteni» QSC-də sərnişindaşıma fəaliyyəti dayandırılır. Bununla bağlı Nazirlər Kabineti yanınd...

Azərbaycanda daha bir həkim koronadan vəfat etdi

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib. Medicina.az-a istinadən xəbər verilir ki, Sumqayıt şəhər 2 saylı Doğum ...

Koronavirus məhdudiyyətlərinə seks işçilərindən etiraz

Almaniyanın paytaxtı Berlində seks işçiləri koronavirusla mübarizə çərçivəsində edilən məhdudiyyətlərə qarşı etiraz aksiyası keçi...

Yeni təhlükə - Koronavirus bitti Deng qızdırması başladı

Koronavirus epidemiyasının dünyada, xüsusən də Amerika və Afrikada sürətlə yayıldığı vaxtda Asiyada yeni bir xəstəlik panikaya sə...

Fransanın yeni baş naziri elan edildi

Bu gün Fransada istefa verən baş nazir Edouard Filippenin yerinə baş nazir təyinatı olub Gulustan.info xəbər verir ki, Fransa ...