Bakı 29 ℃

USD 1.7
RUB 0.0233
EUR 2.0018
TRY 0.2438
Qızıl 3357.483
Gümüş 41.4589

30.06.2020

İran mediası yenidən Azərbaycan-İsrail əlaqələrini hədəf alıb

İran mediasında yenidən Azərbaycanla İsrail arasında mövcud olan dostluq münasibətlərini hədəf alan məqalə dərc edilib.

«Anac» agentliyində yerləşdirilən məqalədə İsrail Prezidenti Reuven Rivlinin iyun ayının ortalarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubda onu İsrailə rəsmi səfərə dəvət etməsi qısqanclıqla qarşılanıb.

«Sionistlərin Bakı ilə əlaqələrini möhkəmləndirmək üçün göstərdikləri açıq-aşkar təlaş» başlığı altında dərc edilmiş yazıda agentlik Reuven Rivlinin Azərbaycanı İsraildə səfirlik açmağa çağırmasına xüsusi diqqət çəkib. Yazı müəllifləri iddia ediblər ki, bu günə qədər İlham Əliyevin, onların dili ilə desək, «işğal edilmiş torpaqlara» səfər etməməsinin və İsraildə səfirlik açmamasının başlıca səbəbi «İranın etirazları və müdaxiləsi» olub.

Məqalədə ölkəmizdə yaranmış mövcud vəziyyətə görə bəzi azərbaycanlı siyasətçilərin Avropa və İsraildən kömək almaq və mütəxəssislər qrupu çağırmaqla bağlı səsləndirdikləri fikirlər də tənqid edilib. Agentlik hər il çoxlu sayda azərbaycanlının İranda müalicə olunması və İran Səhiyyə nazirinin müavini İrəc Hərirçinin bir neçə gün öncə Azərbaycana kömək təklif etməsini xatırladaraq, ölkəmizin İrandan kömək qəbul etməsinin «daha məntiqli olduğu» fikrini təlqin etməyə çalışıb.

Qeyd etmək lazımdır ki, İran özü dünya ölkələri içərisində koronavirusla mübarizədə ən səmərəsiz ölkələrdən biri hesab edilir. Virusun ölkədə yayıldığı ilk günlərdən zəruri karantin tədbirlərinin alınmaması səbəbindən rəsmi statistikalara əsasən, indiyədək İranda Covid-19 infeksiyasından 10670 nəfər ölüb, 225205 nəfər isə xəstəliyə yoluxub. Qeyri-rəsmi statistikalar isə rəqəmin dəfələrlə yüksək olduğunu və hökumətin bunu gizlətdiyini bildirirlər. Bu vəziyyətdə İranın Azərbaycana virusun nəzarət altına alınması sahəsində effektiv kömək edə biləcəyini düşünmək, təbii ki, məntiqsiz olardı.


Digər xəbərlər


Prezident yasamalda yol tikintisi ilə bağlı sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin dava...

Ermənistanda daha 288 nəfər COVID-19-a yoluxub

Ermənistanda koronavirusa yoluxanların sayı 39 586 nəfərə çatıb. Gulustan.info erməni KİV-lərinə istinadən xəbər verir ki, son...

Livandakı partlayışı İŞİD öz üzərinə götürüb

Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində 70 nəfər dünyasını dəyişib. Gulustan.info xəbər verir ki, bunu Livan...

Azərbaycan XİN Livana başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Beyrutdakı partlayışla bağlı Livana başsağlığı verib. Bu barədə XİN-in “Twitter” səh...

Los Ancelesdəki Pakistan Şurası azərbaycanlılara qarşı törədilmiş vəhşilikləri pisləyib

ABŞ-ın Los Anceles şəhərində fəaliyyət göstərən nüfuzlu Pakistan Şurası 21 iyul tarixində Baş Konsulluğun qarşısında keçirilmiş a...

Ezamiyyələrin icaze.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin re...

XİN: Beyrutdakı partlayışda azərbaycanlıların yaralanması barədə AÇIQLAMA

Beyrutda baş vermiş partlayış nəticəsində azərbaycanlıların xəsarət alması ilə bağlı hər hansısa məlumat daxil olmayıb. Gulust...

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ər...