Bakı 29 ℃

USD 1.7
RUB 0.0241
EUR 1.909
TRY 0.248
Qızıl 3016.718
Gümüş 30.6249

30.06.2020

Prezident: «Sərhədlərimiz yalnız Azərbaycan vətəndaşlarının qəbulu və ölkəni tərk etmək istəyən əcnəbilərin getməsi üçün açıqdır»

«Əməkdaşlığa və Azərbaycanda turizm sektorunu dəstəklədiyinizə görə sizə təşəkkür edirəm. Görüşümüz yadımdadır. O zaman siz nisbətən yaxın vaxtda Ümumdünya Turizm Təşkilatının Baş katibi kimi mühüm vəzifəyə seçilmişdiniz. Zənnimcə, sizin ilk səfərlərinizdən biri Azərbaycana olub. O vaxt biz görüşdük və hətta birlikdə turizm sərgisinə getdik. Beləliklə, görüşlərimizi xatırlayıram və keçən il Bakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının iclasında iştirak etdiyinizə görə də sizə təşəkkürümü bildirmək istərdim. Belə bir mühüm beynəlxalq təşkilatın həmin Şura iclasının Bakıda keçirilməsini biz Ümumdünya Turizm Təşkilatı tərəfindən dostluq və dəstək əlaməti kimi qiymətləndiririk».

Bunu iyunun 30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ilə keçirilən videokonfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

«Əlbəttə, sizin tövsiyələriniz çox qiymətlidir, biz postpandemiya dövründə onlara riayət edəcəyik. Ona görə ki, siz qeyd etdiyiniz kimi, pandemiya dövründə dünya ölkələrinin çoxu, o cümlədən Azərbaycan da öz sərhədlərini bağlayıb. Bizim sərhədlərimiz indiyə qədər bağlıdır, onlar yalnız Vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının qəbulu üçün və Azərbaycanı tərk etmək istəyən əcnəbilərin getməsi üçün açıqdır. Bu, onunla bağlıdır ki, biz, ilk növbədə, insanların təhlükəsizliyi, sağlamlığı, onların həyatı barədə düşünürük. Əlbəttə, virusun Azərbaycana kənardan gətirildiyini nəzərə alaraq hesab edirik ki, indiki mərhələdə yeganə düzgün yol sərhədlərin bağlanmasıdır. Lakin, eyni zamanda, ümid edirik ki, pandemiya zəiflədikcə, o cümlədən bizim sıx əməkdaşlıq etdiyimiz Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməklə biz də sərhədləri açacağıq. Bunun nə vaxt baş verəcəyini demək çətindir. Lakin bu, baş verən kimi, əlbəttə, turizm sektorunun bərpasına dair sizin tövsiyələriniz çox gərəkli olacaq», — dövlət başçısı əlavə edib.

«Bu dövrdə biz nə etmişik? Biz turizm sektorunun işçilərinin əməkhaqqının çox hissəsini ödəmişik ki, onların dolanışıq üçün vəsaiti olsun və bu sahədə sahibkarlar kadr potensialını qoruyub saxlaya bilsinlər. Mənə təəssüflə məruzə edirlər ki, işçilərin sayı müəyyən qədər ixtisar edilir. Buna görə mən hökumətə təlimat vermişəm ki, bu məsələyə baxılsın və turizm sektorunun dəstəklənməsi davam etdirilsin. Ona görə ki, siz yaxşı bilirsiniz, bu potensialı artırmaq çox çətin və məsul məsələdir. Azərbaycanda biz bu istiqamətdə çox fəal irəliləmişik. Əvvəlcə infrastruktur layihələrindən, ölkəmizin təqdimatı ilə bağlı layihələrdən, sərgilərdə iştirak etməkdən, müxtəlif beynəlxalq tədbirlərin keçirilməsindən başladıq. Deməliyəm ki, Azərbaycanda turizmin sürətli inkişafı çox cəhətdən Formula 1 yürüşlərinin keçirilməsi ilə bağlı idi. Birinci yürüş keçiriləndən dərhal sonra turizmin artmasını gördük. Dediyim kimi, hər il bu potensial artır və müxtəlif məlumatlara görə əcnəbilər Azərbaycanda hər il təqribən 1,5-2 milyard dollar pul xərcləyirlər. Yəni, bu, bizim iqtisadiyyata böyük valyuta axını deməkdir. Buna görə də turizm sənayesinin yaradılması üçün çox böyük qüvvə sərf etmişik və otel biznesi ilə məşğul olan iri firmalar, dünyanın aparıcı brendləri Azərbaycana gəliblər. Bunu nəzərə alaraq, əlbəttə, biz bu sahəni itirə bilmərik. Biz kadr potensialını, qazanılmış təcrübəni qoruyub saxlamalıyıq. Buna görə dövlət bu sahəni dəstəkləyəcək.

Lakin, əlbəttə, postpandemiya dövründə işi daha düzgün görmək üçün bizə sizin təşkilat tərəfindən tövsiyələr lazımdır. Biz buna çox ümid edirik. Əminik ki, sizin verəcəyiniz məsləhətlərə əməl edəcəyik və onları həyata keçirməklə çalışacağıq ki, bu sahəni maksimum qısa müddətdə bərpa edək. Hərçənd bu, asan olmayacaq. Əlbəttə, biz turizm sahəsində aparıcı ölkələrin, böyük təcrübəyə malik olan və özlərinin iqtisadi inkişafında müəyyən dərəcədə, əhəmiyyətli dərəcədə turizm sektoruna güvənən ölkələrin atdığı addımları diqqətlə izləyəcəyik, lakin əlaqələrimizi də davam etdirəcəyik. Əminəm ki, imkan yaranan kimi sizi yenidən Azərbaycanda görəcəyik», — Prezident bildirib.


Digər xəbərlər


Prezident Türkiyə ilə viza sazişini təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan aza...

İlham Əliyev Vladimir Putini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng e...

Prezidentlərin videokonfrans vasitəsilə görüşü keçirilib

İyulun 2-də Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ...

Prezident maska taxmamağa görə cərimə artımını təsdiqlədi

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Sənədə əsasən epidemiya əl...

Məmmədyarov Mnatsakanyanla görüşdü

İyun 30-da Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk qrupunun həmsə...

Mövlud Çavuşoğlu: "NATO müttəfiqi Fransa Liviyada Rusiyanın mövcudluğunu gücləndirməyə çalışır"

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fransanı sərt şəkildə tənqid edib. Gulustan.info xəbər verir ki, o, bu sözləri...

Prezidentlə Zurab Pololikaşvili arasında videokonfrans keçirildi

İyunun 30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu təşkilat...

İlham Əliyev Berdiməhəmmədovu təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 29-da Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova telefonla zən...