İranın sabiq Mədəniyyət naziri Nizami Gəncəvini İran şairi kimi təqdim edib
İranın keçmiş Mədəniyyət naziri Əhməd Məscid Camei Azərbaycanın dahi şairi Nizami Gəncəvini fars şairi kimi təqdim edib.
Hazırda Tehran Şəhər Şurasının üzvü olan sabiq nazir bu iddianı İslam Respublikasının dövlət qəzeti olan “İran”da dərc edilən məqaləsində irəli sürüb.
“Azərbaycan Respublikasına səfərim zamanı bəziləri məndən Nizamini iranlı hesab etdiyimizin səbəbi barədə soruşurdular. Bu suala cavab vermək çətin deyil. Nizami əslində onun Xəmsə əsərini oxuyan, düşüncə dili farsca olan, bu dillə Nizaminin təfəkkürü ilə əlaqə yaradanların soyudur,” deyə Məscid Camei yazıb.
O, həmçinin Azərbaycanda Nizaminin əzəmətli heykəllərinin ucaldılmasını misal gətirərək Tehran şəhərində də bənzər addımın atılması təklifini irəli sürüb.
“Tehran fars dili ölkəsinin paytaxtıdır. Bu şəhərdə bu mədəniyyətin yaradıcılarının yüksək mövqeyi öz əksini tapmalıdır,” deyə keçmiş mədəniyyət naziri əlavə edib.
Məscid Camei eyni zamanda Nizami Gəncəvidən İranın Qafqaz və Orta Asiyadakı qonşuları ilə yaxınlaşma və həmrəylik vasitəsi kimi istifadə etməyi təklif edib.
İran rəsmiləri daha öncə də dəfələrlə Azərbaycanın tanınmış simalarını, o cümlədən «Ata-babalarım türk olub” deyən Nizami Gəncəvini öz adlarına çıxmağa çalışıblar.
Azərbaycanın Gəncə şəhərində doğulub və bütün ömrünü doğma vətənində yaşayan Nizami zamanın şəraitinə uyğun olaraq fars dilində yazsa da, türk olduğunu bir neçə yerdə vurğulayıb və əsərlərində türk dilindəki məfhumlar və atalar sözlərindən istifadə edib.
Digər xəbərlər

Azərbaycan “Avroviziya -2022”nin finalında
İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib. İtaliyanın...

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir
Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir. Gulustan.info xəbər verir ki, Heydər Əliyev Fondu və Dövlət Turizm A...

Vaşinqtonda Azərbaycan Mədəniyyət Gecəsi keçirilib
Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin təşkilatçılığı və ABŞ-Azərbaycan Ticarət Palatasının dəstəyi ilə Vaşinqtonun tar...

Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalına ev sahibliyi edəcək
Mayın 5-dən 8-dək Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada mü...

Kreml sarayında Müslüm Maqomayevin 80 illiyi qeyd olunacaq
Bu gün Kreml Sarayında “XXI əsrin tenorları” art layihəsi və Rusiya Filarmoniyasının Simfonik Orkestri Müslüm Maqomayevin repertu...

Azərbaycan 59-cu Venesiya Biennalesində təmsil olunur - Fotolar
Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur...

Əhməd Cavadın 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Prezident İlham Əliyev Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Sərəncam verib. Gulustan.info-nun məlumatına görə, S...

Şuşada Azərbaycan və Özbəkistan şairlərinin şeir məclisi keçirilib
28 ildən sonra Ermənistan işğalından azad olunmuş Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada Azərbaycan və Özbəkistan şairlərinin ...