Bakı 21 ℃

USD 1.7
RUB 0.0225
EUR 2.0173
TRY 0.2246
Qızıl 3320.746
Gümüş 45.6101

02.07.2020

İlham Əliyev Vladimir Putini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Gulustan.info xəbər verir ki, Prezident İlham Əliyev Rusiyada vətəndaşların böyük əksəriyyətinin Konstitusiyaya dəyişikliklərin lehinə səs verməsi münasibətilə Vladimir Putinə təbriklərini çatdırıb. Dövlətimizin başçısı Rusiyanın ictimai-siyasi həyatında bu mühüm hadisəni ölkə vətəndaşlarının Prezident Vladimir Putinin həyata keçirdiyi siyasətə verdikləri dəstəyin növbəti təzahürü kimi dəyərləndirib. Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, Konstitusiyaya edilən bu dəyişikliklər Rusiya Federasiyasının daha da inkişaf etdirilməsi, firavanlığı, ölkədə ictimai-siyasi sabitliyin bundan sonra da möhkəmləndirilməsi işinə böyük töhfə verəcək.

Prezident Vladimir Putin göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı ilə bağlı məsələlər də müzakirə edilib.


Digər xəbərlər


İran XİN: Münaqişənin həllinə kömək etməyə hazırıq

İranın Dağlıq Qarabağ münaqişəsinə daim aydın baxışı olub.Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə deyib....

Prezidentin köməkçisi İran səfiri ilə görüşdü - Foto

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranı...

Yetmiş altı nəfəri hədəfə alan texniki xəta, yoxsa "söz oyunu"? - Politoloq şərhi

Gulustan.info-ya «Dossier.center» saytı ətrafında yaranan haqlı söz-söhbətlə bağlı azərbaycanlı politoloq Tural Əliyev ...

İlham Əliyev Dövlət Agentliyinə 10,05 milyon manat ayırdı

Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ...

Avropa Parlamenti Lukaşenkonu prezident kimi tanımadı

Avropa Parlamenti növbəti səlahiyyət müddəti ərzində Aleksandr Lukaşenkonu prezident kimi tanımaqdan imtina edib və Minskə, Lukaş...

Soçidə Putinlə Lukaşenko arasında görüş olacaq

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko sentyabrın 14-də Soçidə danışıqlar aparacaqlar.Bu səfər Luk...

Azərbaycan və Türkiyə spikerləri görüşdü

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Türkiyədə səfərdə olan Azərbaycan parlament nümayəndə heyətinin sentyabrın ...

İlham Əliyev yol tikintisi ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Şamaxı rayonunun Bakı–Şamaxı–Yevlax (122 km)–Şəhriyar–Kələxana avtomobil yolunun tikintisi ilə bağlı tədbi...