Bakı 20 ℃

USD 1.7
RUB 0.0221
EUR 1.9837
TRY 0.2233
Qızıl 3184.389
Gümüş 39.5536

02.07.2020

Prezident maska taxmamağa görə cərimə artımını təsdiqlədi

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Sənədə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələr artırılıb.

Belə ki, dəyişikliklə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.

Bundan əlavə, həmin əməllərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 yüz manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə ediləcək.

Qeyd edək ki, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 yüz manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə olunurdu.


Digər xəbərlər


“Bütün dünyanı zülmə və ədalətsizliyə qarşı mübarizə aparan Azərbaycanın yanında yer almağa çağırıram”

Azərbaycana qarşı yenidən hücum edən Ermənistan bir daha sübut etdi ki, sülh və sabitliyin önündə ən böyük əngəldir. Gulustan....

Zakir Həsənovla Hulusi Akar arasında telefon danışığı olub

Sentyabrın 27-də Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovla Türkiyənin Milli Müdafiə naziri  Hulusi Akar aras...

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

“Azərbaycan xalqı öz torpağında yaşamalıdır. Azərbaycan vətəndaşı vətən həsrətindədir. Ermənilər tərəfindən zorla didərgin salınm...

ATƏT Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağda əməliyyatları dayandırmağa çağırıb

ATƏT Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı (Rusiya Federasiyasından İ...

Ərdoğanla İlham Əliyev arasında telefon danışığı olub

Sentyabrın 27-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə tele...

Prezident Təhlükəsizlik Şurasını topladı

Sentyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Bu barədə Prezide...

Lavrov və Çavuşoğlu arasında cəbhədəki vəziyyət ilə bağlı telefon danışığı olub

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və onun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. Gulustan.i...

D.Savelyev: Yeganə yol Ermənistanın qeyd-şərtsiz işğal altındakı torpaqlardan çəkilməsidir

Rusiya Dövlət Dumasının üzvü, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Ermənistan silahlı qüv...