Bakı 21 ℃

USD 1.7
RUB 0.0225
EUR 2.0173
TRY 0.2246
Qızıl 3320.746
Gümüş 45.6101

04.07.2020

İlham Əliyev Əmir Pəhləvana mənzil bağışladı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli yazıçı-dramaturq, şair Əmir Pəhləvana mənzil bağışlayıb.

Bu, mənzil şəraitinə və əlavə yaradıcılıq otağına ehtiyacı olan ədib üçün ən böyük töhfədir.

Prezident İlham Əliyevin göstərişi əsasında 122 saylı sərəncamla Əmir Pəhləvana 4 otaqlı mənzilin sənədləri təqdim olunub.

Xatırladaq ki, Əmir Pəhləvan 70 kitabın, 15 filmin, 2 teatr tamaşasının müəllifidir. Dünyanın bir çox nüfuzlu mükafatlarının sahibidir. 40 kitabı Avropada, Amerikada, Almaniyada, Avstryada və başqa xarıcı dövlətlərdə nəşr olunub.

Əmir Pəhləvan bildirib ki, dünyada COVİD-19 virusunun yayılması səbəbindən yaşanan gərginlik, narahatlıq və karantin rejimində doğma Azərbaycanımda cənab Prezident İlham Əliyevin mənə bu cür qiymət verməsi gözlənilməz oldu. Azərbaycan xalqının xoş güzəranı naminə keçirilən islahatların uğurla davam etdiyi bir dönəmdə mənə və ailəmə edilən bu diqqət və qayğını yüksək dəyərləndirirəm, çoxsaylı oxucularım və tamaşaçılarım adından cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Azərbaycan mədəniyyətinə və ədəbiyyatına etdiyim xidmətlərin müqabilində verilən bu sərəncam məni yeni həyat sevgisi ilə yeni ruhda, yeni enerjidə yazıb yaratmağıma sövq edir. Bu qiymətsiz hədiyyə Azərbaycan ədəbiyyatına və mədəniyyətinə mütamadi olaraq göstərilən diqqət və qayğının növbəti tərkib hissəsidir.


Digər xəbərlər


Misirdə yeni kəşf - 22-ci sülaləyə aid qəbrlər tapılıb

Misirin paytaxtı Qahirə yaxınlığında yerləşən qədim Saqqara nekropolunda işləyən arxeoloqlar 27 lahit tapdılar. Gulustan.info ...

"Emmi" mükafatının qalibləri məlum olub

Los-Anceles şəhərində 72-ci «Emmi» mükafatının təqdimetmə mərasimi təşkil olunub. Gulustan.info BBC-ə istinadən xəbə...

Azərbaycan “Eurovision”da iştirakını təsdiqlədi

zərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqlənibİctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyə...

Bu gün Azərbaycanda Milli musiqi günüdür.

Bu gün Azərbaycanda Milli musiqi günü qeyd olunur. Azərbaycanda Milli musiqi günü dahi Üzeyir Hacıbəyovun doğum günü ilə bağlı...

İbrahim Tatlısəs yenidən ekranlara qayıdır

Türk musiqisinin imperatoru İbrahim Tatlısəs yenidən teleməkana qayıtmaq qərarını verib. Tatlısəsin məşhur “İbo şou” verilişi ...

Leyla Əliyevanın Rasim Balayevlə - Müsahibəsi

“Baku” jurnalının baş redaktoru Leyla Əliyeva ilə görkəmli aktyor Rasim Balayev filmlər və kitablar, ailə və yaradıcılıq, keçmiş ...

İranda Dədə Qorqud kitabının nəşrinə icazə verilməyib

İranın Mədəniyyət Nazirliyi gənc tədqiqatçı tərəfindən hazırlanmış “Kitabi-Dədə Qorqud” əsərinin çapına icazə verməyib. Bu bar...

Prezidentdən Fikrət Qoca ilə bağlı sərəncam

Prezident İlham Əliyev Fikrət Qoca haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan mədəniyyətinin inkişafında xüsusi ...