Bakı 21 ℃

USD 1.7
RUB 0.0225
EUR 2.0173
TRY 0.2246
Qızıl 3320.746
Gümüş 45.6101

04.07.2020

ABŞ — Koloniyalardan dünyanın super gücünə gələn yol

Bu gün dünyanın super gücü sayılan Amerika Birləşmiş Ştatlarının (ABŞ) yarandığı gündür.

Hazırda dünyanın super gücü sayılan ABŞ əslində bu dönəmə gəlib çıxması üçün çox keşməkeşli yollardan keçməli olub.

1507-ci ildə alman kartoqraf Martin Valdzmyuller qərb yarımkürəsi torpaqlarını italiyalı səyyah və kartoqraf Ameriqo Vespuççinin şərəfinə Amerika adlandırdığı dünya xəritəsi hazırlayıb. «Amerika Birləşmiş Ştatları» ifadəsinin ilk sənədli sübutu Vaşinqtonun adyutantı və Kontinental Ordunun şəxsi heyət generalı polkovnik-leytenant Cozef Ridə eskvayr Stiven Moylan tərəfindən yazılmış 2 yanvar 1776-ci il tarixli məktubunda görə bilərik. «Amerika Birləşmiş Ştatlarının» ifadəsinin ilk məlum nəşri Virciniya ştatının Uilyamsberq şəhərindəki The Virginia Gazette qəzetində 6 aprel 1776-cı ildə yazılmış anonim bir esse idi.

Con Dikinson tərəfindən hazırlanan və 17 iyun 1776-cı ilə qədər tamamlanan Konfederasiya Maddələrinin ikinci layihəsi «Konfederasiyanın adı ‘Amerika Birləşmiş Ştatları’ olacağını» elan etdi. 1776-cı il iyun ayında Tomas Cefferson özünün hazırladığı istiqlal bəyannaməsinin «orijinal kobud layihəsinin» sərlövhəsində «AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI» ifadəsini böyük hərflərlə yazmışdı.

Qısa formada «Birləşmiş Ştatlar» da standartdır. Digər ümumi formalar «B.Ş.», «ABŞ» və «Amerika»dır.

Amerika qitəsində Avropalıların kolonizasiyası XVI əsrdə başlayıb. ABŞ şərq sahili boyunca qurulan On üç ingilis koloniyasından yarandı. Fransız-hindu müharibəsindən sonra Böyük Britaniya ilə koloniyalar arasında çoxsaylı mübahisələr 1775-ci ildə başlamış Amerika inqilabına və ardından 1776-cı ildə ABŞ istiqlal bəyannaməsi ilə nəticələndi. Müharibə ABŞ-ın Avropa hakimiyyətindən müstəqillik əldə edən ilk ölkə olması ilə 1783-cü ildə başa çatdı. ABŞ-ın mövcud konstitusiyası 1788-ci ildə qəbul edilmiş və bir çox fundamental vətəndaş azadlıqlarını təmin etmək üçün ümumilikdə hüquqlar haqqında Bill adlanan ilk on dəyişikliklə 1791-ci ildə ratifikasiya edilmişdir. ABŞ XIX əsrdə Şimali Amerikada güclü bir genişlənməyə başladı, yeni torpaqlar aldı. XIX əsrin ikinci yarısında ABŞ-da vətəndaş müharibəsi ölkədə hüquqi köləliyin sona çatmasına səbəb oldu.

ABŞ İkinci dünya müharibəsindən qlobal bir supergüc, nüvə silahı inkişaf etdirən ilk ölkə, müharibədə istifadə edən yeganə ölkə və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvü olaraq çıxdı. Soyuq müharibə zamanı ABŞ və Sovet İttifaqı 1969-cu ildə ABŞ-ın Aya enişi ilə pik nöqtəsinə çatan Kosmik yarışda mübarizə apardı. Soyuq müharibənin sona çatması və 1991-ci ildə Sovet İttifaqının dağılması ABŞ-ı dünyanın yeganə supergücü etdi.

Soyuq müharibədən sonra 1990-cı ildə Səddam Hüseynin rəhbərliyində İraqın ABŞ-ın müttəfiqi olan Küveyti işğal və birləşdirməyə cəhd etdiyi vaxt Yaxın Şərqdə yaranan münaqişə 1990-cı ildə böhrana səbəb oldu. Qeyri-sabitliyin digər bölgələrə yayılacağından qorxan prezident Corc Buş Səudiyyə Ərəbistanı müdafiə məqsədi ilə Səhra qalxanı əməliyyatı və Səhra fırtınası əməliyyatına başladı, İraqa qarşı ABŞ liderliyindəki 34 ölkədən olan koalisiya qüvvələri İraq qüvvələrini Küveytdən müvəffəqiyyətlə çıxartdı və keçmiş monarxiyanı bərpa etdi.

2001-ci il sentyabrın 11-də Əl-Qaidə terrorçuları Nyu-York şəhərindəki Dünya Ticarət Mərkəzinə və Vaşinqtonda yerləşən Pentaqona zərbə vurdu, təxminən 3,000 nəfər həlak oldu. Buna cavab olaraq ABŞ, Əfqanıstanda müharibə və İraq müharibəsini əhatə edən Terrorizmlə Mübarizə başlatdı.

2009 və 2010-cu illərdə İraqdakı ABŞ qoşunlarının böyük qismi geri çəkildi və bölgədəki müharibənin 2011-ci il dekabr ayında rəsmən bitdiyi elan edildi. Geri çəkilmə Əl-Qaidənin bölgədəki varisi olan İraq Şam İslam Dövlətinin yüksəlməsi nəticəsində məzhəb qiyamlarının artmasına səbəb oldu.

2016-cı il ABŞ Prezident seçiklərində Respublikaçı Donald Tramp ABŞ-ın 45-ci prezidenti seçildi. Tramp ABŞ tarixində ən yaşlı və ən varlı prezidetdir…


Digər xəbərlər


İran XİN: Münaqişənin həllinə kömək etməyə hazırıq

İranın Dağlıq Qarabağ münaqişəsinə daim aydın baxışı olub.Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə deyib....

Prezidentin köməkçisi İran səfiri ilə görüşdü - Foto

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranı...

Yetmiş altı nəfəri hədəfə alan texniki xəta, yoxsa "söz oyunu"? - Politoloq şərhi

Gulustan.info-ya «Dossier.center» saytı ətrafında yaranan haqlı söz-söhbətlə bağlı azərbaycanlı politoloq Tural Əliyev ...

İlham Əliyev Dövlət Agentliyinə 10,05 milyon manat ayırdı

Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ...

Avropa Parlamenti Lukaşenkonu prezident kimi tanımadı

Avropa Parlamenti növbəti səlahiyyət müddəti ərzində Aleksandr Lukaşenkonu prezident kimi tanımaqdan imtina edib və Minskə, Lukaş...

Soçidə Putinlə Lukaşenko arasında görüş olacaq

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko sentyabrın 14-də Soçidə danışıqlar aparacaqlar.Bu səfər Luk...

Azərbaycan və Türkiyə spikerləri görüşdü

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Türkiyədə səfərdə olan Azərbaycan parlament nümayəndə heyətinin sentyabrın ...

İlham Əliyev yol tikintisi ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Şamaxı rayonunun Bakı–Şamaxı–Yevlax (122 km)–Şəhriyar–Kələxana avtomobil yolunun tikintisi ilə bağlı tədbi...