Bakı 20 ℃

USD 1.7
RUB 0.0221
EUR 1.9837
TRY 0.2233
Qızıl 3184.389
Gümüş 39.5536

04.07.2020

Paytaxtda alternativ qaz xətləri yaradılır

Bakı şəhərində bir sıra ərazilərdə mövcud qaz xətlərinə alternativ xətlərin çəkilməsinə diqqət ayrılıb.

“Azəriqaz” İstehsalat Birliyindən Gulustan.info-ya verilən məlumata görə, bu cür üsuldan istifadə etməklə müəyyən ərazilərdə hər hansı texniki problemlər aradan qaldırılarkən qaz təchizatının dayandırılmasını minimuma endirməyə çalışacaq.

Dairəvi sistem kimi çalışacaq bu xətlər qəza hadisələrinin təsirindən yaranan təchizatdakı dayandırmaların əhatə dairəsini azaldacaq. Hazırda Xəzər rayonu ərazisində 219 mm diametrində olan 5800 metr uzunluqda “Aşağı Şağan” qaz xəttinin 2500 metrlik hissəsi əsaslı təmir olunur. 2003-cü ildə istifadəyə verilən bu xətlə qaz alan Buzovna, Şağan, Şüvəlan və Mərdəkan qəsəbələrinin təqribən 19 min abonenti tez-tez təchizatdakı problemlərdən narahatlıqlarını ifadə edirdilər. Bu xəttin böyük bir hissəsi torpaq altında qalıb, dirəklərdən düşmüş vəziyyətdədir.

Son 17 il ərzində adları çəkilən qəsəbələrdə aparılan tikinti işləri, yol çəkilişləri zamanı “Aşağı Şağan” qaz xəttinin çox hissəsi torpaq altına düşdüyündən korroziyaya uğrayıb. Onu da qeyd edək ki, haqqında danışılan qaz xətti Sabunçu rayonunda hər hansı səbəbdən qaz verilişində fasilə yaranarsa, alternativ xətt kimi istifadə ediləcək. Belə ki, fasilələr zamanı bu rayonda Bilgəh, Pirşağı və Kürdəxanı qəsəbələrinin təqribən 15 min abonentinin ehtiyaclarını “Aşağı Şağan” qaz xətti ilə ödəmək mümkün olacaq.


Digər xəbərlər


Cəbhədəki son vəziyyətlə bağlı açıqlama

Sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi təxribatçı əməllərini davam etdirərək Cenevrə Konven...

Azərbaycandan erməni komandanlığına - “Təslim olun!”

Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayını...

Ceyhun Bayramovla Lavrov cəbhədəki vəziyyəti müzakirə etdi

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. ...

Daha bir kənd erməni işğalından azad edildi

Azərbaycan Ordusunun əks-hücumları nəticəsində daha bir kəndimiz erməni işğalından azad edilib. Bu barədə Gulustan.info-ya Müd...

Mehriban Əliyevadan cəbhədəki vəziyyətlə bağlı paylaşım - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva cəbhədəki düşmən təxribatı ilə bağlı paylaşım edib. Birinci vitse-prez...

Azərbaycanın siyasi partiyaları bəyanat yaydı

Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat ya...

SON DƏQİQƏ: Operativ Qərargah məlumat YAYDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 128 yeni yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb və evə ...

Zakir Həsənov işğaldan azad edilən kəndlərdən danışdı

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında Müdafiə Naziri Zakir Həsənov da çıxış edib. ...