Bakı 20 ℃

USD 1.7
RUB 0.0221
EUR 1.9837
TRY 0.2233
Qızıl 3184.389
Gümüş 39.5536

05.07.2020

Rusiya radiasiya iddiasına cavab verdi — ABŞ-ın dezinformasiyasıdır

Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Rıabkov Skandinaviya ölkələrində radiasiyanın səviyyəsinin Rusiyanın yeni nəsil silahlarını sınaması səbəbiylə arta biləcəyi ilə bağlı iddiaların əsassız olduğunu açıqlayıb.

Gulustan.info xəbər verir ki, iddialara görə, Avropanın şimalındakı bəzi ölkələrdə radiasiya səviyyəsi Rusiyanın «Poseidon» və «Burevestnik» kimi yeni nəsil silah sistemlərini sınaqdan keçirməsi nəticəsində artmış ola bilər.

Sergey Rıabkov bildirib ki, iddialar əsassızdır:

«Əlbətdə iddialara diqqət etdim. Bu ilk deyil və son olmayacaqdır. Gələcəkdə inkişaf etdirdiyimiz nüvə məhdudlaşdırma sistemləri ilə əlaqədar həm avropalı rəsmilərin, həm də ABŞ-ın gizli mənbələri çox sayda dezinformasiya yayacaq. Bu təbliğatın bir elementidir. Bu, ABŞ-ın xüsusən avropalıların zehnində baş verənlərə dair şübhələri artırmaq üçün etdiyi səylərin bir hissəsidir».

Bildirək ki, iyunun əvvəlində İsveç, Norveç və Finlandiya nüvə və radiasiya təhlükəsizliyi təşkilatları Şimali Avropada konsentrat radioaktiv izotopların miqdarında cüzi artım müşahidə etdiklərini açıqlayıblar. Hollandiya tərəfinin hesabatlarına görə, bu izotopların Rusiyadan gəlib.

Qeyd edilir ki, buna səbəb Rusiyanın qərbindəki bir atom elektrik stansiyasının yanacaq hüceyrələrinin zədələnməsi ola bilər.

Skandinaviya ölkələrində normal, ancaq zərərsiz miqdarda daha çox radioaktiv izotopun aşkarlandığı iddialarından sonra Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) Rusiyanın onlara bu vəziyyəti izah edə biləcək bir nüvə qəzası yaşamadıqları barədə məlumat verdiklərini açıqladı.

MAQATE-nin bəyanatında heç bir nüvə qəzası yaşamadıqlarını bildirən ölkələrin sayının 40-a çatdığı və Rusiya da bu ölkələr sırasında olduğu bildirildi.

Rusiyanın verdiyi rəsmi açıqlamaya görə, ölkənin şimal-qərbindəki hər iki nüvə stansiyası normal işləyir və heç bir sızma olmayıb.


Digər xəbərlər


Cəbhədəki son vəziyyətlə bağlı açıqlama

Sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi təxribatçı əməllərini davam etdirərək Cenevrə Konven...

Azərbaycandan erməni komandanlığına - “Təslim olun!”

Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayını...

Ceyhun Bayramovla Lavrov cəbhədəki vəziyyəti müzakirə etdi

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. ...

Daha bir kənd erməni işğalından azad edildi

Azərbaycan Ordusunun əks-hücumları nəticəsində daha bir kəndimiz erməni işğalından azad edilib. Bu barədə Gulustan.info-ya Müd...

Mehriban Əliyevadan cəbhədəki vəziyyətlə bağlı paylaşım - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva cəbhədəki düşmən təxribatı ilə bağlı paylaşım edib. Birinci vitse-prez...

Azərbaycanın siyasi partiyaları bəyanat yaydı

Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat ya...

SON DƏQİQƏ: Operativ Qərargah məlumat YAYDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 128 yeni yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb və evə ...

Zakir Həsənov işğaldan azad edilən kəndlərdən danışdı

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında Müdafiə Naziri Zakir Həsənov da çıxış edib. ...