Bakı 10 ℃


06.07.2020

Prezident Ərdoğana məktub göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

Məktubda deyilir:»Hörmətli cənab Prezident,Əziz Qardaşım.

Sizin 2020-ci il 5 iyul tarixli məktubunuza görə təşəkkür edirəm.

Mən də öz növbəmdə qardaş Türkiyədə yeni növ koronavirus xəstəliyi səbəbindən həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, virusa yoluxanlara Allahdan şəfa diləyirəm.

Bəşəriyyətin üzləşdiyi koronavirus pandemiyası ilə mübarizədə Sizin rəhbərliyinizlə hökumətinizin milli və beynəlxalq səviyyədə fəaliyyəti təqdirəlayiqdir.

Bütün sahələrdə olduğu kimi, COVID-19-a qarşı mübarizədə də Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” şüarı əsasında həmrəylik nümayiş etdirir. Əminəm ki, birgə səylərimizlə koronavirus bəlasının öhdəsindən gələcəyik.

Bu xüsusda qardaş Türkiyə Respublikası tərəfindən göndərilən humanitar yardıma görə Sizə öz adımdan və Azərbaycan xalqı adından dərin minnətdarlığımı bildirirəm. Bu, ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin növbəti bariz nümunəsidir.Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim rifah və əmin-amanlıq arzulayıram».


Digər xəbərlər


Azərbaycanın Rusiyadakı səfiri Qarabağda türk muzdluların iştirakı barədə məlumatları təkzib etdi

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Bakının Dağlıq Qarabağda türklər də daxil olmaqla muzdluları cəlb e...

Ceyhun Bayramov və Çavuşoğlu cəbhədəki vəziyyəti müzakirə etd

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olu...

Angela Merkel Ermənistan və Azərbaycana çağırış edib

Almaniya kansleri Angela Merkel Ermənistan və Azərbaycanı atəşkəsi bərpa etməyə və danışıqlar masasına qayıtmağa çağırıb. Gulu...

XİN-dən beynəlxalq təşkilatlara müraciət

«Ermənistanın müharibə cinayətlərini qətiyyətlə qınayırıq. Mülki şəxsləri məqsədli şəkildə qorxu içərisində saxlayaraq atəşə...

İlham Əliyev: “Pakistan həmişə bizim yanımızdadır”

“Azərbaycanın ərazi bütövlüyü məsələlərində qətiyyətli mövqeyinə görə Pakistana minnətdarıq”. Gulustan.info xəbər verir ki, bu...

Ceyhun Bayramov Pakistanın Azərbaycandakı yeni səfiri ilə görüşündən paylaşım edib - FOTO

Xarici İşlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Bilal Haye ilə görüşündən p...

Abdullah Gül: “Son zamanlar Azərbaycana qarşı edilən hücumları qınayıram”

“Dövlət həyatım boyu Qafqazın sabitliyi və sülhü üçün səy göstərən bir insan olaraq, Ermənistanın hərəkətlərinə dərindən təəssüfl...

Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə Qarabağdakı döyüşləri müzakirə edib

Sentyabrın 28-də Xarici İşlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə Dövlət naziri ...