Bakı 11 ℃


09.07.2020

Həftə sonu qadağasına qarşı aksiya — Çoxlu sayda yaralı və həbs olunanlar var

Serbiyada koronavirusla (Covid-19) mübarizəm yönündə həftə sonu komendant saatı elan edilməsi etirazlara səbəb olub.

Gulustan.info xəbər verir ki, etirazlardan sonra hökumət geri addım atmaq məcburiyyətində qalıb.

Serbiyada koronavirusa yoluxanların sayı artdığı üçün hökumət yeni məhdudiyyətlər tətbiq etmək istəyib, ancaq bu çox ciddi narazılıqla qarşılanıb.

Prezident Aleksandar Vuçiç həftə sonu komendant saatı elan etdikdən sonra paytaxt Belqradda minlərlə insan küçələrə çıxıb.

Etirazçılarla polis arasında qarşıdurma yaşanıb. Etirazçılar parlament binasına girməyə cəhd ediblər.

Serbiya polisi 6 saatdan çox davam edən qarşıdurmalarda 23 nəfərin tutulduğunu bildirib. Serbiya Təhlükəsizlik Müdiri Vladimir Rebic 43 polis və 17 nümayişçinin yaralandığını açıqlayıb.

Serbiya Prezidenti Aleksandar Vuçiç baş verənlərdən sonra həftə sonları küçəyə çıxma qadağasının olmayacağını bildirib.


Digər xəbərlər


SON DƏQİQƏ: Erməni generalı və zabitlərinin olduğu bunker dağıdılıb

SON DƏQİQƏ: Erməni generalı və zabitlərinin olduğu bunker dağıdılıb Azərbaycan Ordusunun dəqiq zərbəsi nəticəsində yüksək rütb...

Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 58 yeni yoluxma - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sa...

ATƏT-in Daimi Şurası Dağlıq Qarabağda vəziyyətlə bağlı xüsusi iclas keçirəcək

Bu gün ATƏT-in Daimi Şurasının Dağlıq Qarabağda vəziyyətlə bağlı xüsusi iclası keçiriləcək. Gulustan.info bu barədə təşkilata ...

Artilleriya bölmələri düşmənə sarsıdıcı zərbələr endirir - VİDEO

Bütün cəbhə boyu döyüşlər davam edir. Azərbaycan Ordusunun artilleriya bölmələri düşmənə sarsıdıcı zərbələr endirir. Bu barədə...

Küveyt əmiri vəfat edib

Küveyt əmiri Sabah əl-Əhməd əl Cabir əs-Sabah 91 yaşında vəfat edib. Gulustan.info xəbər verir ki, məlumatı Türk mediası payla...

Daha bir mülki şəxs həlak olub

Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozara...

Ermənilərin təxribatı nəticəsində Şeyx Babı türbəsinə ziyan dəyib (FOTO)

Düşmənin ölkəmizin yaşayış məntəqələrinə istiqamətlənmiş atəş zərbələrindən biri Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerl...

FHN hərbi vəziyyətlə bağlı gücləndirilmiş rejimə keçib

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən aidiyyəti dövlət orqanları ilə birlikdə dinc və müharibə dövründə əhalinin etibarlı m...