Bakı 11 ℃


16.07.2020

Son 4 ayda fermerlərə 9,5 milyon manat mikrokredit verilib

«2020-ci ilin yanvar ayından fermerlərə subsidiyaların ödənilməsi elektron kənd təsərrüfatı informasiya sistemi üzərindən həyata keçirilir. Bu günədək 506 mindən çox fermer qeydiyyatdan keçib, 415 mindən artıq fermer payızlıq, yazlıq və çoxillik əkinlərini bəyan edib. Cari tarixə 418 mindən artıq “fermer kartı” hazırlanıb, 404 min fermer öz kartlarından istifadə etməyə başlayıb. Müraciətləri təsdiqlənmiş 388 mindən çox fermerin kart hesabına 213,8 milyon manat əkin subsidiyası üçün vəsait köçürülüb”.

Bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir bildirib ki, seriya kartlarından təyinatına uyğun istifadə etməyən fermerlərə və şirkətlərə qarşı ciddi tədbirlər görülür: «Fermerlərin kənd təsərrüfatı texnikasına olan tələbatını öyrənmək məqsədilə Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən cari ilin altı ayı ərzində 100-dən artıq şirkət vasitəsilə 2380 kənd təsərrüfatı texnikasının 128 hüquqi və 910 fiziki şəxsə satışı maliyyələşdirilmişdir. Həmçinin hesabat dövründə 4700 baş damazlıq heyvanın güzəştli satışı maliyyələşdirilib.

Bu il suvarma avadanlığı, soyuducu anbar, traktor və digər texnikaların alınmasının subsidiyalaşdırılması üzrə fermerlərin adından çoxsaylı müraciətlər daxil olmaqdadır. Bu müraciətlərin icrası üçün əlavə vəsait ayrılması ilə bağlı bütün fermerlərimizin xahişlərini Sizin yüksək diqqətinizə çatdırmaq istərdim. Sizin aprel ayında imzaladığınız Sərəncama əsasən fermerlərimizin maliyyə vəsaitlərinə olan ehtiyaclarının qarşılanması məqsədilə aqrar sektora girovsuz mikrokreditlərin verilməsinə başlanılıb. Artıq aprel ayından bu günə qədər 1000-dən artıq fermerə ümumilikdə 9,5 milyon manat mikrokredit verilibdir».


Digər xəbərlər


Dünya bazarında neftin qiyməti artır

Dünya bazarında neftin qiymətlərində artım müşahidə edilir. RT xəbər verir ki, WTI markalı neftin noyabr fyuçersləri 0,55 faiz...

Yaşa görə pensiyaların 88 faizi e-qaydada təyin olunub

Prezident İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən 2019-cu ilin əvvəlindən ölkəmizdə pensiyaların proaktiv q...

“AzGold” MMC-nin rəhbəri həbs edilib - 2 milyonluq dələduzluq

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlara kölgə salan bəzi sahibkarlıq subyektləri tərəfindən öz vəzifələrinin icras...

“İşsizlikdən sığorta haqqında” qanuna dəyişikliklər təsdiq edildi- FƏRMAN

Prezident İlham Əliyev “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklikləri təsdiq edib. Dəyişikliyə əsasən, əmək müqaviləsinə xi...

Pensiya alanlara ŞAD XƏBƏR: Artım olacaq - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, pensiya təminatının inkişafına, sığorta-pensiya sisteminin təkmilləşdirilməsin...

"BakıKart"ın onlayn ödəmə sisteminə keçidin ləngiməsilə bağlı RƏSMİ açıqlama

Bakıda ictimai nəqliyyatda ödəniş kartlarının balansının onlayn artırılması ilə bağlı görülən tədbirlər ləngiyir. Belə ki, bu ili...

Pensiyaların verilməsi ilə bağlı Nazirlikdən YENİ XƏBƏR

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, pensiya təminatının inkişafına, sığorta-pensiya sisteminin təkmilləşdirilməsin...

Kişilər 65, qadınlar 62 yaşda pensiyaya çıxacaq

“Sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi h...