Bakı 30 ℃

USD 1.7
RUB 0.0233
EUR 2.0018
TRY 0.2438
Qızıl 3357.483
Gümüş 41.4589

31.07.2020

MN: Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək

“Ermənistan silahlı qüvvələrinin mərkəzi tabelikdə olan, eləcə də birinci eşelonda yerləşən hərbi hissələrinin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi və onların qəfil yoxlanılmasının səbəbi ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə təlimlərinin Ermənistan hakimiyyətində yaratdığı xof və qorxudur”.

Gulustan.info xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Silahlı Qüvvələrin Ali Baş Komandanın dünən Balakəndə söylədiyi “Erməni xalqı nəhayət başa düşməlidir ki, əgər onlar normal ölkədə yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri mütləq bizim torpaqlarımızdan çıxmalıdır… Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək!” fikirlərini əsas tutan Azərbaycan Ordusunun şəxsi heyəti qarşıda duran bu müqəddəs vəzifənin yerinə yetirilməsi üçün peşəkarlığını və döyüş qabiliyyətini gündəlik məşqlər və təlimlərdə daim artırır.

“Ordumuzun döyüş qabiliyyəti və hərbi potensialı döyüş meydanında düşmən üzərində üstünlüyümüzü təmin edəcək ən əsas göstəricidir. Əgər Ermənistan tərəfi çirkin niyyətlərinə nail olmaq üçün yenidən təxribatlara əl atarsa, Azərbaycan Ordusu onların cavabını layiqincə verəcək”, — deyə nazirlidən bildirilib.


Digər xəbərlər


Prezident yasamalda yol tikintisi ilə bağlı sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin dava...

Ermənistanda daha 288 nəfər COVID-19-a yoluxub

Ermənistanda koronavirusa yoluxanların sayı 39 586 nəfərə çatıb. Gulustan.info erməni KİV-lərinə istinadən xəbər verir ki, son...

Livandakı partlayışı İŞİD öz üzərinə götürüb

Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində 70 nəfər dünyasını dəyişib. Gulustan.info xəbər verir ki, bunu Livan...

Azərbaycan XİN Livana başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Beyrutdakı partlayışla bağlı Livana başsağlığı verib. Bu barədə XİN-in “Twitter” səh...

Los Ancelesdəki Pakistan Şurası azərbaycanlılara qarşı törədilmiş vəhşilikləri pisləyib

ABŞ-ın Los Anceles şəhərində fəaliyyət göstərən nüfuzlu Pakistan Şurası 21 iyul tarixində Baş Konsulluğun qarşısında keçirilmiş a...

Ezamiyyələrin icaze.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin re...

XİN: Beyrutdakı partlayışda azərbaycanlıların yaralanması barədə AÇIQLAMA

Beyrutda baş vermiş partlayış nəticəsində azərbaycanlıların xəsarət alması ilə bağlı hər hansısa məlumat daxil olmayıb. Gulust...

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ər...