Bakı 30 ℃

USD 1.7
RUB 0.0232
EUR 2.0088
TRY 0.2456
Qızıl 3439.8735
Gümüş 44.182

31.07.2020

Koronavirusla mübarizədə daha bir həkim həyatını itirib

Azərbaycan səhiyyəsi koronavirusla mübarizədə daha bir dəyərli həkimini itirib.

Gulustan.info xəbər verir ki, Aprel döyüşlərində yüzlərlə əsgər və zabitin həyatını xilas etmiş tibb xidməti mayoru, Mərkəzi Hərbi Hospitalın anestezioloq-reanimatoloqu 39 yaşlı Teymur Cəfərov dünən gecə koronavirusdan dünyasını dəyişib.

Teymur Cəfərov uzun illər Mərkəzi Hərbi Hospitalda anestezioloq-reanimatoloq kimi fəaliyyət göstərib. Cavan olmasına baxmayaraq, istər aprel döyüşlərində, istərsə də, ön cəbhədə ola bilən istənilən anda həm zabit, həm də Hipokrat andına hər zaman sadiq olub. İlk ən öndə gedən insanlar içərisində yer alması ilə, öz professional həyatında, həkimlik peşəsində yüksək intellekti və yüksək bacarığı ilə sayılıb-seçilən insanlardan biri olub. Hər zaman da fəaliyyət göstərdiyi mərkəzin rəhbərliyi tərəfindən təqdir olunan və hamı tərəfindən sevilən bir insan olub.

Əfsuslar olsun ki, koronavirus xəstələrinin müalicəsi ilə məşğul olarkən Teymur Cəfərov özü də xəstələndi və uzun müddət müalicələrə baxmayaraq dinamikasında müsbət gediş olmayınca təxminən 2 həftə əvvəl EKMO cihazına qoşulma qərarı verildi və həmin cihaz vasitəsilə hemodinamik stabillik saxlanıldı. Mərkəzi Hərbi Hospitalda bu prosedurdan sonra araşdırmalar aparılıb və bəlli oldu ki, Teymur Cəfərovda daha iki fərqli problem olub. Bunlardan biri ürək ətrafında böyük ehtimal ürəyin tutulmasına bağlı, digəri isə yuxarı tənəffüs yolu infeksiyasının ciddiləşməsinə bağlı problem idi. Bu mərhələdən sonra Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən bütün görülə biləcək tibbi imkanlar səfərbər olunmuşdu.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış kardioloq Rəşad Mahmudov saytımıza açıqlamasında bildirib ki, 3 dəfə fərqli zamanlarda ürək ətrafında olan infeksiyaların və Covid-ə bağlı əmələ gəlmiş mediastenitin mübarizəsi üçün Teymur Cəfərov əməliyyat olundu.

“Əməliyyatlar uğurlu keçsə də, əfsuslar olsun ki, superinfeksiya immun sistemini zəiflədərək septik şok vəziyyəti əmələ gəldi. Septik şokla aparılan mübarizəyə baxmayaraq Teymur həkimi bu gecə itirdik”.

R.Mahmudovun sözlərinə görə, T.Cəfərovun sağalması üçün tibbin bütün imkanlarından istifadə olunmuşdu:

“Bir həkim, səhiyyə eksperti kimi, birbaşa olaraq Teymur həkimin müalicə gedişatında xüsusi ilə EKMO taxılmasında requlyator rolunu oynayan insan kimi onu deyə bilərəm ki, geriyə baxdığımız zaman Azərbaycan dövləti, səhiyyəsi, ona xidmət edən həkim və orta tibb personalına qədər hər kəsin könlü rahatdır. Çünki Azərbaycan tibbi, səhiyyəçiləri Teymur Cəfərovun qarşısında olan vəzifələrini şərəflə yerinə yetirdilər. Hər nə qədər nəticədə məglub olsaqda, onun ruhu qarşısında Azərbaycan səhiyyəsi də, Mehriban xanımın timsalında bütün hökumət üzvləri də, hamımız öz vəzifə borcumuzu yerinə yetirdik. Bütün imkanlardan istifadə olundu. Texniki olaraq dünyanın ən inkişaf etmiş ölkələrində həyata keçirilən prosedurlar həyata keçirildi, ancaq təəssüf ki,..”.


Digər xəbərlər


Mərkəzi Elmi Kitabxanada akademiklərin fondu yaradılır

Mərkəzi Elmi Kitabxanada akademiklərin fondu yaradılır. AMEA-dan Gulustan.info-ya bildirilib ki, kitabxananın fondlarının stru...

Sahibkarlıq subyektlərinə yeni maliyyə yardımı ediləcək – RƏSMİ

Maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarla...

Gürcüstanda yeni dərs ili sentyabrın 15-də başlayacaq

Gulustan.info  “1tv.ge” saytına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil naziri Mixail Çxenkeli bildirib. Onun s...

Prezident yasamalda yol tikintisi ilə bağlı sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin dava...

Ermənistanda daha 288 nəfər COVID-19-a yoluxub

Ermənistanda koronavirusa yoluxanların sayı 39 586 nəfərə çatıb. Gulustan.info erməni KİV-lərinə istinadən xəbər verir ki, son...

Livandakı partlayışı İŞİD öz üzərinə götürüb

Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində 70 nəfər dünyasını dəyişib. Gulustan.info xəbər verir ki, bunu Livan...

Azərbaycan XİN Livana başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Beyrutdakı partlayışla bağlı Livana başsağlığı verib. Bu barədə XİN-in “Twitter” səh...

Los Ancelesdəki Pakistan Şurası azərbaycanlılara qarşı törədilmiş vəhşilikləri pisləyib

ABŞ-ın Los Anceles şəhərində fəaliyyət göstərən nüfuzlu Pakistan Şurası 21 iyul tarixində Baş Konsulluğun qarşısında keçirilmiş a...