Bakı 30 ℃

USD 1.7
RUB 0.0232
EUR 2.0088
TRY 0.2456
Qızıl 3439.8735
Gümüş 44.182

31.07.2020

Los Anceles polisi erməni lobbisinin yalanlarını ifşa edib

“Məlum olduğu kimi, 21 iyul 2020-ci il tarixində yüzlərlə radikal erməni daşnakları Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun qarşısında azsaylı amerikalı azərbaycanlılara vəhşicəsinə hücum edərək onlara xəsarətlər yetirib. Los Anceles Polis İdarəsi (LAPD) hazırda azərbaycanlılara qarşı həyata keçirilmiş bu zorakılığı nifrət zəminində törədilən cinayət maddəsi üzrə araşdırır”.

Bu barədə Gulustan.info-ya Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan bildirilib. Qeyd olunub ki, bu cinayətdən diqqəti yayındırmaq məqsədilə aksiyanın təşkilatçıları olan Amerika Erməni Milli Komitəsi (ANCA) və Erməni Gənclər Federasiyası (AYF) dünəndən bəri sosial media platformalarında guya azərbaycanlıların aksiya yerinə müxtəlif silahlarla gəldiklərini iddia edib.

“Təşkilatçılar azərbaycanlıların aksiyanın əvvəlindən silahlı olduqlarını, bununla bağlı polisə məlumat verdiklərini, polisin onların silahlarını müsadirə etdiyini, ancaq aksiya gedə-gedə onlara geri qaytardığını iddia ediblər. Göründüyü kimi, Azərbaycan icmasının üzvlərinə qarşı zorakılıq törətmiş erməni quldurlarını alçaqcasına müdafiə edən və məsuliyyətdən yayınmağa çalışan erməni lobbisi özlərini bu hadisədə də qurban kimi təqdim etməyə çalışırlar.

Bu yalan iddialar səsləndirilən kimi, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və buradakı Azərbaycan icmasının apardığı dəqiq və detallı araşdırma nəticəsində, iddia olunan silahların (mişar, çəkic və digər alətlər) məhz bir radikal erməni daşnakı tərəfindən aksiya yerinə gətirildiyi məlum olub. Həmin erməninin öz maşını ilə bir neçə dəfə azərbaycanlı nümayişçilərin dayandığı yerdən keçdiyi və təxribat törətmək məqsədilə onların üzərinə həmin alətləri atdığı aşkar edilib. Baş Konsulluq həmin şəxsin bu hərəkətləri və onun maşınının əks olundu video görüntüləri qısa film şəklində dərhal hazırlayaraq sosial şəbəkə hesablarında paylaşıb: https://youtu.be/Exb2FdgKTwU

Baş Konsulluq həmçinin bu məlumatı və həmin maşının nömrəsini LAPD-yə bildirib.

Bundan əlavə, baş konsul Nəsimi Ağayev erməni lobbisinin azərbaycanlı icma üzvlərimizə qarşı qaldırdığı yalan iddialarla bağlı Los Anceles Polis İdarəsinə müraciət edərək onlardan məsələ ilə bağlı açıqlama istəyib. Buna cavab olaraq, 21 iyul hadisəsi zamanı polis qüvvələrinə rəhbərlik etmiş, idarənin Qərbi Los Anceles bölməsinin rəisi Rendi Qodard Twitter sosial şəbəkəsində guya azərbaycanlı icma üzvlərimizin mişar, çəkic, bıçaq və metal çubuq kimi alətlərlə silahlanmalarına dair iddiaları nəzərdən keçirdiyini və bunun qəti şəkildə doğru olmadığını vurğulayıb. O, polis əməkdaşlarının azərbaycanlılar üzərində hər hansı silah görmədiklərini və onlardan heç bir silahı müsadirə etmədiklərini də diqqətə çatdırıb. O həmçinin polisin adına ləkə gətirən bu iddialardan məyus olduğunu dilə gətirib.

Beləliklə, radikal erməni lobbisinin daha bir yalanının üstü açılmış oldu.

Göründüyü kimi, erməni lobbisi nə qədər çalışsa da, həqiqəti dəyişə bilmirlər: erməni daşnakları Azərbaycan icmasının üzvlərinə hücum edərək, onlara qarşı açıq-aşkar nifrət zəminində cinayət törədiblər. Həqiqət gec-tez qalib gəlir!”, — deyə məlumatda bildirilib.


Digər xəbərlər


Sahibkarlıq subyektlərinə yeni maliyyə yardımı ediləcək – RƏSMİ

Maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarla...

Gürcüstanda yeni dərs ili sentyabrın 15-də başlayacaq

Gulustan.info  “1tv.ge” saytına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil naziri Mixail Çxenkeli bildirib. Onun s...

Prezident yasamalda yol tikintisi ilə bağlı sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin dava...

Ermənistanda daha 288 nəfər COVID-19-a yoluxub

Ermənistanda koronavirusa yoluxanların sayı 39 586 nəfərə çatıb. Gulustan.info erməni KİV-lərinə istinadən xəbər verir ki, son...

Livandakı partlayışı İŞİD öz üzərinə götürüb

Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində 70 nəfər dünyasını dəyişib. Gulustan.info xəbər verir ki, bunu Livan...

Azərbaycan XİN Livana başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Beyrutdakı partlayışla bağlı Livana başsağlığı verib. Bu barədə XİN-in “Twitter” səh...

Los Ancelesdəki Pakistan Şurası azərbaycanlılara qarşı törədilmiş vəhşilikləri pisləyib

ABŞ-ın Los Anceles şəhərində fəaliyyət göstərən nüfuzlu Pakistan Şurası 21 iyul tarixində Baş Konsulluğun qarşısında keçirilmiş a...

Ezamiyyələrin icaze.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin re...