Bakı 30 ℃

USD 1.7
RUB 0.0232
EUR 2.0088
TRY 0.2456
Qızıl 3439.8735
Gümüş 44.182

31.07.2020

XİN bəyanat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi Helsinki Yekun Aktının imzalanmasının 45-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

Gulustan.info xəbər verir ki, bəyanatda deyilir:

«1 avqust Helsinki Yekun Aktının imzalanmasının 45-ci ildönümü günüdür. 45 ildən sonra Akt və orada təsbit olunmuş dövlətlərarası münasibətləri idarə edən on prinsip qaydalara əsaslanan Avropa nizamının təməli olaraq qalmaqdadır. Onlar heç bir şəkildə yenidən müzakirə, baxılma və ya şərh edilmə mövzusu ola bilməzlər.

Dövlətlərin bir-birlərinə və onların vətəndaşlarına münasibətini tənzimləyən on prinsip, gərginliyin azalmasında əvəzsiz rol oynadı və bütün dövlətlərin bir-birlərinin suverenliyinə, xüsusilə də hər bir dövlətin hüquqi bərabərlik, ərazi bütövlüyü, azadlıq və siyasi müstəqillik hüququna hörmət etməli olduğu ATƏT məkanında əməkdaşlıq və bölünməz bir təhlükəsizlik üçün zəmin yaratdı.

Yekun Akt ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış səhədlərə qarşı təhdid və ya gücdən istifadə edilməməsini dövlətlərarası münasibətlərin əsası kimi müəyyən edir.

Akt ərazi bütövlüyü, dövlətlərin sərhədlərinin toxunulmazlığı və güc tətbiq edilməməsi prinsiplərini elə kodlaşdırır ki, bu prinsiplərin ərazi bütövlüyü təməl normasının əsasında formalaşdığı və buna görə də beynəlxalq hüquq çərçivəsində bir-biri ilə ayrılmaz şəkildə bağlı olduğu vurğulanır. Akt dövlətlərin ərazilərini beynəlxalq hüquq normalarına zidd olaraq hərbi işğal obyekti və ya digər birbaşa və ya dolayı güc tədbirləri və ya belə tədbirlər vasitəsilə ərazilərin əldə edilməsini qadağan edir. Helsinki Yekun Aktına əsasən, heç bir işğal və ərazilərin əldə edilməsi qanuni qəbul edilmir.

Helsinki Yekun Aktının on Prinsipi bir-birini tamamlayır və onlar bir-birini nəzərə almaqla tam, bərabər və qeyd-şərtsiz tətbiq olunmalıdır. Səbəbsiz deyildir ki, Akt bərabər hüquqlar və xalqların öz müqəddəratını təyin etmə hüquqlarını beynəlxalq hüququn normalarına, xüsusən də dövlətlərin ərazi bütövlüyünə hörmət ilə birmənalı olaraq şərtləndirir.

Helsinki Yekun Aktının təməl prinsiplərinin xüsusilə münaqişənin həlli kontekstində yanlış şərh edilməsi və ya selektiv şəkildə tətbiqi, münaqişənin nizamlanmasına mane olur və ATƏT məkanına inam və etimadın pozulmasına gətirib çıxarır. Bu kontekstdə təməl prinsiplərinin tətbiqində ikili standartların hər hansı təzahürünün aradan qaldırılması hər zamankından daha vacibdir. ATƏT dövlətləri tərəfindən tənzimlənən bütün münaqişələr, istisnasız olaraq, Helsinki Yekun Aktında təsbit edilmiş beynəlxalq hüququn norma və prinsipləri əsasında, zərər çəkmiş dövlətlərin beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında həll edilməlidir.

Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk günlərdən etibarən suverenliyinə və ərazi bütövlüyünə birbaşa təhlükə ilə üzləşmişdir və buna görə də ATƏT-ə və xüsusən də Helsinki Yekun Aktında əksini tapmış prinsip və öhdəliklərinə xüsusi əhəmiyyət verir. Bu Akt 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi (822, 853, 874 və 884) ilə yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün əsas təşkil edir.

Azərbaycan Respublikası Helsinki Yekun Aktının imzalanmasının 45-ci ildönümünü təntənəli şəkildə yad edir və öz suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını bərpa etmək səylərində Akta güvənməkdə davam edir. Azərbaycan Helsinki Yekun Aktının bu fundamental prinsiplərinin müdafiəsində ATƏT iştirakçı dövlətlərin dəstəyinə və həmrəyliyinə arxalanır».


Digər xəbərlər


Sahibkarlıq subyektlərinə yeni maliyyə yardımı ediləcək – RƏSMİ

Maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarla...

Gürcüstanda yeni dərs ili sentyabrın 15-də başlayacaq

Gulustan.info  “1tv.ge” saytına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil naziri Mixail Çxenkeli bildirib. Onun s...

Prezident yasamalda yol tikintisi ilə bağlı sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin dava...

Ermənistanda daha 288 nəfər COVID-19-a yoluxub

Ermənistanda koronavirusa yoluxanların sayı 39 586 nəfərə çatıb. Gulustan.info erməni KİV-lərinə istinadən xəbər verir ki, son...

Livandakı partlayışı İŞİD öz üzərinə götürüb

Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində 70 nəfər dünyasını dəyişib. Gulustan.info xəbər verir ki, bunu Livan...

Azərbaycan XİN Livana başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Beyrutdakı partlayışla bağlı Livana başsağlığı verib. Bu barədə XİN-in “Twitter” səh...

Los Ancelesdəki Pakistan Şurası azərbaycanlılara qarşı törədilmiş vəhşilikləri pisləyib

ABŞ-ın Los Anceles şəhərində fəaliyyət göstərən nüfuzlu Pakistan Şurası 21 iyul tarixində Baş Konsulluğun qarşısında keçirilmiş a...

Ezamiyyələrin icaze.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin re...