Bakı 29 ℃

USD 1.7
RUB 0.0233
EUR 2.0018
TRY 0.2438
Qızıl 3357.483
Gümüş 41.4589

01.08.2020

Paytaxt küçələrində gücləndirilmiş dezinfeksiya işləri aparılır

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda koronavirusla mübarizə ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bu epidemiyaya qarşı işlərin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər daha da genişləndirilib.

Gulustan.info xəbər verir ki, bu tədbirlər çərçivəsində avqustun 1-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 min əməkdaşının iştirakı ilə xüsusi kimyəvi maddələrlə növbəti — doqquzuncu əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.

Gün ərzində mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə ediləcək maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdar ediliblər. Hər dəfə olduğu kimi, bu dəfə də Daxili İşlər Nazirliyinin şəxsi heyəti 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitəsinin köməyi ilə gün ərzində davam edəcək bu dezinfeksiya işlərində yaxından iştirak edir.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərini davam etdirirlər.

Dezinfeksiya işlərinin kütləviliyi nəzərə alınaraq kommunal xidmətlərin işçiləri lazımi qoruyucu geyim, maska, eynək və digər vasitələr, eləcə də yeni dezinfeksiyaedici aparatlarla təmin ediliblər.

Qeyd edək ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır.


Digər xəbərlər


Ermənistanda daha 288 nəfər COVID-19-a yoluxub

Ermənistanda koronavirusa yoluxanların sayı 39 586 nəfərə çatıb. Gulustan.info erməni KİV-lərinə istinadən xəbər verir ki, son...

Livandakı partlayışı İŞİD öz üzərinə götürüb

Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində 70 nəfər dünyasını dəyişib. Gulustan.info xəbər verir ki, bunu Livan...

Azərbaycan XİN Livana başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Beyrutdakı partlayışla bağlı Livana başsağlığı verib. Bu barədə XİN-in “Twitter” səh...

Los Ancelesdəki Pakistan Şurası azərbaycanlılara qarşı törədilmiş vəhşilikləri pisləyib

ABŞ-ın Los Anceles şəhərində fəaliyyət göstərən nüfuzlu Pakistan Şurası 21 iyul tarixində Baş Konsulluğun qarşısında keçirilmiş a...

Ezamiyyələrin icaze.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin re...

XİN: Beyrutdakı partlayışda azərbaycanlıların yaralanması barədə AÇIQLAMA

Beyrutda baş vermiş partlayış nəticəsində azərbaycanlıların xəsarət alması ilə bağlı hər hansısa məlumat daxil olmayıb. Gulust...

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ər...

Tramp Beyrutdakı partlayışı “dəhşətli hücum” adlandırdı

ABŞ Prezidenti Donald Tramp Livanın paytaxtı Beyrutda baş vermiş hadisəni «dəhşətli hücum» adlandırıb. Ağ Evdə keçi...