Bakı 29 ℃

USD 1.7
RUB 0.0233
EUR 2.0018
TRY 0.2438
Qızıl 3357.483
Gümüş 41.4589

01.08.2020

Twitter”ə haker hücumu edənlər saxlanılıb

“Twitter” sosial şəbəkəsinə haker hücumu ilə bağlı aparılan araşdırma nəticəsində üç nəfər şübhəli şəxs qismində saxlanılıb.

“TASS” xəbər verir ki, onlardan biri 19 yaşlı Böyük Britaniya sakini Meyson Şeppardır. O, elektron fırıldaqçılıq, çirkli pulların yuyulması və digər insanların kompüter sistemlərinə icazəsiz giriş əldə etməkdə ittiham olunur.

Bundan başqa, 22 yaşlı Florida sakini Nimu Fazel və 17 yaşı olduğu üçün adı açıqlanmayan daha bir şəxs saxlanılıb“WFLA” televiziya kanalı isə bildirib ki, 17 yaşlı yeniyetmə Florida ştatının Tampa şəhərində tutulub və ona qarşı 30 ittiham irəli sürülüb.

Xatırladaq ki, iyulun 15-i bir sıra tanınmış şirkətlərin və şəxslərin “Twitter”dəki hesabları haker hücumuna məruz qalıb.Onların arasında “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskın, “Microsoft” korporasiyasının banisi Bill Qeytsin, Amazon şirkətinin rəhbəri Ceff Bezosun, «Berkshire Hathaway» investisiya fondunun rəhbəri Uorren Baffetin, ABŞ-ın sabiq prezidenti Barak Obamanın, ABŞ-ın sabiq vitse-prezidenti Cozef Baydenin də hesabları var.


Digər xəbərlər


Ermənistanda daha 288 nəfər COVID-19-a yoluxub

Ermənistanda koronavirusa yoluxanların sayı 39 586 nəfərə çatıb. Gulustan.info erməni KİV-lərinə istinadən xəbər verir ki, son...

Livandakı partlayışı İŞİD öz üzərinə götürüb

Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində 70 nəfər dünyasını dəyişib. Gulustan.info xəbər verir ki, bunu Livan...

Azərbaycan XİN Livana başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Beyrutdakı partlayışla bağlı Livana başsağlığı verib. Bu barədə XİN-in “Twitter” səh...

Los Ancelesdəki Pakistan Şurası azərbaycanlılara qarşı törədilmiş vəhşilikləri pisləyib

ABŞ-ın Los Anceles şəhərində fəaliyyət göstərən nüfuzlu Pakistan Şurası 21 iyul tarixində Baş Konsulluğun qarşısında keçirilmiş a...

Ezamiyyələrin icaze.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin re...

XİN: Beyrutdakı partlayışda azərbaycanlıların yaralanması barədə AÇIQLAMA

Beyrutda baş vermiş partlayış nəticəsində azərbaycanlıların xəsarət alması ilə bağlı hər hansısa məlumat daxil olmayıb. Gulust...

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ər...

Tramp Beyrutdakı partlayışı “dəhşətli hücum” adlandırdı

ABŞ Prezidenti Donald Tramp Livanın paytaxtı Beyrutda baş vermiş hadisəni «dəhşətli hücum» adlandırıb. Ağ Evdə keçi...