Bakı 10 ℃


04.08.2020

Azərbaycana tibbi maska istehsal edən yeni avadanlıq gətirilib

Avropa İttifaqının maliyyə dəstəyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə Azərbaycanda koronavirus pandemiyası dövründə tibbi maskaların istehsalına dəstək məqsədilə bir sıra texniki avadanlığın satınalınması həyata keçirilib.

Gulustan.info  xəbər verir ki, təşəbbüs çərçivəsində iki müasir maska iplikləri üçün istifadə edilən avadanlıq və bir ton xammal BMT-nin İnkişaf Proqramının beynəlxalq təchizat zənciri vasitəsilə Bakıya çatdırılıb və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində quraşdırılıb.

Qeyd edək ki, hazırda istehsal prosesinə 85 əməkdaş cəlb olunub. 24 saat fəaliyyət göstərən emalatxanada günlük 100,000 tibbi maska istehsal edilir. İstehsal olunan maskaları şəhərimizin apteklərində əldə etmək mümkündür.

Təşəbbüs, Avropa İttifaqının maliyyələşdirdiyi, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə icra etdiyi Azərbaycanın peşə təhsili sisteminin daha da gücləndirilməsi və müasirləşdirilməsi məqsədi ilə həyata keçirilən “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Təhsili Mərkəzinin Yaradılmasına dəstək” layihəsi çərçivəsində baş tutub.


Digər xəbərlər


SON DƏQİQƏ: Erməni generalı və zabitlərinin olduğu bunker dağıdılıb

SON DƏQİQƏ: Erməni generalı və zabitlərinin olduğu bunker dağıdılıb Azərbaycan Ordusunun dəqiq zərbəsi nəticəsində yüksək rütb...

Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 58 yeni yoluxma - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sa...

ATƏT-in Daimi Şurası Dağlıq Qarabağda vəziyyətlə bağlı xüsusi iclas keçirəcək

Bu gün ATƏT-in Daimi Şurasının Dağlıq Qarabağda vəziyyətlə bağlı xüsusi iclası keçiriləcək. Gulustan.info bu barədə təşkilata ...

Artilleriya bölmələri düşmənə sarsıdıcı zərbələr endirir - VİDEO

Bütün cəbhə boyu döyüşlər davam edir. Azərbaycan Ordusunun artilleriya bölmələri düşmənə sarsıdıcı zərbələr endirir. Bu barədə...

Küveyt əmiri vəfat edib

Küveyt əmiri Sabah əl-Əhməd əl Cabir əs-Sabah 91 yaşında vəfat edib. Gulustan.info xəbər verir ki, məlumatı Türk mediası payla...

Daha bir mülki şəxs həlak olub

Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozara...

Ermənilərin təxribatı nəticəsində Şeyx Babı türbəsinə ziyan dəyib (FOTO)

Düşmənin ölkəmizin yaşayış məntəqələrinə istiqamətlənmiş atəş zərbələrindən biri Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerl...

FHN hərbi vəziyyətlə bağlı gücləndirilmiş rejimə keçib

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən aidiyyəti dövlət orqanları ilə birlikdə dinc və müharibə dövründə əhalinin etibarlı m...