Bakı 11 ℃


04.08.2020

Azərbaycanlı bloger Ermənistanın faşist siyasətinə etirazını bildirib

İsveçrədə yaşayan 13 yaşlı azərbaycanlı bloger Ilkin Səfərli Ermənistanın ölkəmizə qarşı işğalçı və təcavüzkar siyasətinə etiraz əlaməti olaraq dünya ictimaiyyətinə müraciət edib.

Cenevrədəki beynəlxalq məktəbdə təhsil alan yeniyetmə soydaşımız Dağlıq Qarabağ münaqişəsinin tarixi, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonun Ermənistan tərəfindən işğal edildiyi, 30 ildir həmin bölgədə qeyri-qanuni qondarma rejimin fəaliyyət göstərdiyi, Xocalı soyqırımı, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən uzaqda yerləşən Tovuz istiqamətindəki dövlət sərhəddinə hücum etdiyi, Azərbaycan diasporunun xaricdə keçirdiyi etiraz aksiyaları barədə ətraflı məlumat verib. Onun müraciəti görüntülərlə və məntiqli suallarla müşayiət olunub.

O, Tovuz təxribatından sonra dünya azərbaycanlılarının xarici ölkələrdə dinc və sivil qaydada etiraz aksiyaları keçirdiyinə, özünün də azərbaycanlı icmasının BMT-nin Cenevrədəki mənzil-qərargahının qarşısında gerçəkləşdirilən mitinqdə iştirak və cıxış etdiyinə, xalqımızın sülh yolu ilə haqqı tələb etdiyinə diqqəti cəlb edib. Azərbaycan diasporunun Ermənistanın faşist mahiyyətli siyasətinə qarşı bütün dünyada ayağa qalxmasından sonra ermənilərin barbar və terrorçu xisləti ilə Los-Ancelesdə, Brüsseldə və Londonda azərbaycanlı etirazçılara hücum etdiklərini, Kiyevdə gecə 4 tələbəni güllələyərək yaraladıqlarını vurğulayıb.

Bloger azərbaycanlıların və ermənilərin aksiyalarını müqayisə edib. Bu zaman onun təqdim etdiyi görüntülərdə azərbaycanlıların bütün hüquqi və davranış qaydalarına riayət etməsi, ermənilərin isə Azərbaycanın dövlət bayrağına qarşı yolverilməz və təhqiramiz hərəkətləri, onların soydaşlarımıza hücumları nümayiş etdirilib.

Azyaşlı soydaşımız dünya ictimaiyyətinə müraciət edərək, torpaqlarımızın erməni işğalından dinc yolla azad edilməsinə və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına çağırış edib.

Onun cıxışı «Ermənistanın işğalçı siyasətinə son qoyulsun!», «Mən Azərbaycandanam və Biz sülh istəyirik!» şüarları ilə yekunlaşıb.


Digər xəbərlər


SON DƏQİQƏ: Erməni generalı və zabitlərinin olduğu bunker dağıdılıb

SON DƏQİQƏ: Erməni generalı və zabitlərinin olduğu bunker dağıdılıb Azərbaycan Ordusunun dəqiq zərbəsi nəticəsində yüksək rütb...

Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 58 yeni yoluxma - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sa...

ATƏT-in Daimi Şurası Dağlıq Qarabağda vəziyyətlə bağlı xüsusi iclas keçirəcək

Bu gün ATƏT-in Daimi Şurasının Dağlıq Qarabağda vəziyyətlə bağlı xüsusi iclası keçiriləcək. Gulustan.info bu barədə təşkilata ...

Artilleriya bölmələri düşmənə sarsıdıcı zərbələr endirir - VİDEO

Bütün cəbhə boyu döyüşlər davam edir. Azərbaycan Ordusunun artilleriya bölmələri düşmənə sarsıdıcı zərbələr endirir. Bu barədə...

Küveyt əmiri vəfat edib

Küveyt əmiri Sabah əl-Əhməd əl Cabir əs-Sabah 91 yaşında vəfat edib. Gulustan.info xəbər verir ki, məlumatı Türk mediası payla...

Daha bir mülki şəxs həlak olub

Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozara...

Ermənilərin təxribatı nəticəsində Şeyx Babı türbəsinə ziyan dəyib (FOTO)

Düşmənin ölkəmizin yaşayış məntəqələrinə istiqamətlənmiş atəş zərbələrindən biri Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerl...

FHN hərbi vəziyyətlə bağlı gücləndirilmiş rejimə keçib

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən aidiyyəti dövlət orqanları ilə birlikdə dinc və müharibə dövründə əhalinin etibarlı m...