Bakı 9 ℃


04.08.2020

Bakı Şəhəri üzrə Təhsil İdarəsində vətəndaşların qəbulu avqustun 31-dək dayandırılır

Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların qəbulu mərkəzi avqustun 31-dək fəaliyyətini dayandırıb.

BŞTİ-dən bildirilib ki, qeyd olunan dövr ərzində müraciətlər idarənin Məlumat sorğu mərkəzi (telefon: 012-599-12-22) vasitəsilə cavablandırılacaq.

Vətəndaşlar, həmçinin idarənin rəsmi [email protected], [email protected] elektron poçt ünvanlarına müraciət edə bilərlər. İnternetə çıxış imkanı olmayan vətəndaşlar yazdıqları məktubları və ya digər müvafiq sənədləri idarənin əsas giriş qapısının yanındakı poçt qutusuna sala bilərlər.

Rəsmi məlumatları BŞTİ-nin internet saytı (www.baku.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.


Digər xəbərlər


SON DƏQİQƏ: Erməni generalı və zabitlərinin olduğu bunker dağıdılıb

SON DƏQİQƏ: Erməni generalı və zabitlərinin olduğu bunker dağıdılıb Azərbaycan Ordusunun dəqiq zərbəsi nəticəsində yüksək rütb...

Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 58 yeni yoluxma - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sa...

ATƏT-in Daimi Şurası Dağlıq Qarabağda vəziyyətlə bağlı xüsusi iclas keçirəcək

Bu gün ATƏT-in Daimi Şurasının Dağlıq Qarabağda vəziyyətlə bağlı xüsusi iclası keçiriləcək. Gulustan.info bu barədə təşkilata ...

Artilleriya bölmələri düşmənə sarsıdıcı zərbələr endirir - VİDEO

Bütün cəbhə boyu döyüşlər davam edir. Azərbaycan Ordusunun artilleriya bölmələri düşmənə sarsıdıcı zərbələr endirir. Bu barədə...

Küveyt əmiri vəfat edib

Küveyt əmiri Sabah əl-Əhməd əl Cabir əs-Sabah 91 yaşında vəfat edib. Gulustan.info xəbər verir ki, məlumatı Türk mediası payla...

Daha bir mülki şəxs həlak olub

Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozara...

Ermənilərin təxribatı nəticəsində Şeyx Babı türbəsinə ziyan dəyib (FOTO)

Düşmənin ölkəmizin yaşayış məntəqələrinə istiqamətlənmiş atəş zərbələrindən biri Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerl...

FHN hərbi vəziyyətlə bağlı gücləndirilmiş rejimə keçib

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən aidiyyəti dövlət orqanları ilə birlikdə dinc və müharibə dövründə əhalinin etibarlı m...