Bakı 10 ℃


11.08.2020

“TikTok” və “Twitter” birləşə bilər

ABŞ-ın «Twitter» mikrobloqlar servisi və Çinin «TikTok» sosial şəbəkəsi arasında mümkün birləşmə haqqında danışıqlar aparılır. Bu barədə «The Wall Street Journal» nəşrinin məlumatında deyilir.

Məlumata görə, «Twitter» servisi «TikTok»un dəyəri on milyardlarla dollar təşkil edən ABŞ seqmentinin alışında maraqlıdır. Bu, sövdələşmənin mümkünlüyünü şübhə altına alır, çünki «Twitter»in kapitallaşma dəyəri təxminən 29 milyard dollar təşkil edir. Bununla yanaşı, «TikTok»u satın almağa iddialı olan digər namizəd — «Microsoft» korporasiyasının kapitallaşması 1,6 trilyon dollardan çoxdur.

Avqustun əvvəlində ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, «Microsoft» və ya digər ABŞ şirkəti sentyabrın 15-dək «TikTok»u satın almalıdır, əks halda, Çin sosial şəbəkəsinin ölkə ərazisində fəaliyyəti qadağan ediləcək.

KİV-in məlumatına görə, «Microsoft» sosial şəbəkə üçün 30 milyard dollar təklif etməyə hazırdır, lakin «TikTok»un sahibi qismində çıxış edən Çinin «ByteDance» şirkəti onu 50 milyard dollar dəyərində qiymətləndirir.


Digər xəbərlər


Dünya bazarında neftin qiyməti artır

Dünya bazarında neftin qiymətlərində artım müşahidə edilir. RT xəbər verir ki, WTI markalı neftin noyabr fyuçersləri 0,55 faiz...

Yaşa görə pensiyaların 88 faizi e-qaydada təyin olunub

Prezident İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən 2019-cu ilin əvvəlindən ölkəmizdə pensiyaların proaktiv q...

“AzGold” MMC-nin rəhbəri həbs edilib - 2 milyonluq dələduzluq

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlara kölgə salan bəzi sahibkarlıq subyektləri tərəfindən öz vəzifələrinin icras...

“İşsizlikdən sığorta haqqında” qanuna dəyişikliklər təsdiq edildi- FƏRMAN

Prezident İlham Əliyev “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklikləri təsdiq edib. Dəyişikliyə əsasən, əmək müqaviləsinə xi...

Pensiya alanlara ŞAD XƏBƏR: Artım olacaq - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, pensiya təminatının inkişafına, sığorta-pensiya sisteminin təkmilləşdirilməsin...

"BakıKart"ın onlayn ödəmə sisteminə keçidin ləngiməsilə bağlı RƏSMİ açıqlama

Bakıda ictimai nəqliyyatda ödəniş kartlarının balansının onlayn artırılması ilə bağlı görülən tədbirlər ləngiyir. Belə ki, bu ili...

Pensiyaların verilməsi ilə bağlı Nazirlikdən YENİ XƏBƏR

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, pensiya təminatının inkişafına, sığorta-pensiya sisteminin təkmilləşdirilməsin...

Kişilər 65, qadınlar 62 yaşda pensiyaya çıxacaq

“Sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi h...