Bakı 11 ℃


13.08.2020

Ceyhun Bayramov Gürcüstan səfirini qəbul edib

13 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstanın Azərbaycan Respublikasındakı səfiri Zurab Pataradzeni qəbul edib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Gulustan.info-ya verilən məlumata görə, nazir C. Bayramov Azərbaycan və Gürcüstan arasında münasibətlərin tarixi dostluğa dayandığını və iki ölkə arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu diqqətə çatdırıb.

Nazir iki ölkə arasında əməkdaşlıq münasibətlərinin iqtisadi, ticarət, enerji, nəqliyyat istiqamətləri ilə yanaşı, humanitar, mədəniyyət, elm və təhsil sahələrində inkişafını qeyd edib.

Ölkələrimizin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipinə verdiyi qəti dəstəyi və bu mövqeyin beynəlxalq çərçivələrdə birmənalı ifadə olunması məmnunluqla qeyd olunub.

Tərəflər üçtərəfli və çoxtərəfli formatlarda, eləcə də BMT başda olmaqla beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Səfir Z. Pataradze Xarici İşlər naziri təyinatı ilə əlaqədar səmimi təbriklərini ifadə edib, həmçinin Gürcüstan Xarici İşlər naziri David Zalkalianinin salamlarını nazir C. Bayramovun diqqətinə çatdırıb.

Səfir, öz növbəsində iki ölkə arasında mövcud yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin bundan sonra daha geniş şəkildə davam etdirilməsi üçün imkanların olduğunu qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə müzakirələr aparılıb.


Digər xəbərlər


Azərbaycanın Rusiyadakı səfiri Qarabağda türk muzdluların iştirakı barədə məlumatları təkzib etdi

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Bakının Dağlıq Qarabağda türklər də daxil olmaqla muzdluları cəlb e...

Ceyhun Bayramov və Çavuşoğlu cəbhədəki vəziyyəti müzakirə etd

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olu...

Angela Merkel Ermənistan və Azərbaycana çağırış edib

Almaniya kansleri Angela Merkel Ermənistan və Azərbaycanı atəşkəsi bərpa etməyə və danışıqlar masasına qayıtmağa çağırıb. Gulu...

XİN-dən beynəlxalq təşkilatlara müraciət

«Ermənistanın müharibə cinayətlərini qətiyyətlə qınayırıq. Mülki şəxsləri məqsədli şəkildə qorxu içərisində saxlayaraq atəşə...

İlham Əliyev: “Pakistan həmişə bizim yanımızdadır”

“Azərbaycanın ərazi bütövlüyü məsələlərində qətiyyətli mövqeyinə görə Pakistana minnətdarıq”. Gulustan.info xəbər verir ki, bu...

Ceyhun Bayramov Pakistanın Azərbaycandakı yeni səfiri ilə görüşündən paylaşım edib - FOTO

Xarici İşlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Bilal Haye ilə görüşündən p...

Abdullah Gül: “Son zamanlar Azərbaycana qarşı edilən hücumları qınayıram”

“Dövlət həyatım boyu Qafqazın sabitliyi və sülhü üçün səy göstərən bir insan olaraq, Ermənistanın hərəkətlərinə dərindən təəssüfl...

Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə Qarabağdakı döyüşləri müzakirə edib

Sentyabrın 28-də Xarici İşlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə Dövlət naziri ...