Bakı 10 ℃


13.08.2020

İranla enerji əməkdaşlığının perspektivləri müzakirə edilib

Energetika naziri Pərviz Şahbazovla İranın Energetika naziri Rza Ərdakanian arasında videoformatda görüş keçirilib.

Nazirlikdən verilən məlumata görə, görüşdə elektroenergetika sahəsində ikitərəfli və üçtərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər müzakirə edilib.

Energetika naziri Pərviz Şahbazov elektroenergetika sahəsində hazırda İranla birgə həyata keçirilən layihələr üzrə görülən işlər və növbəti icra prosesləri ilə bağlı mövqeyini diqqətə çatdırıb, “Azərenerji” ASC ilə İranın “Tavanir” şirkəti arasında imzalanmış “Elektrik enerjisinin alqı-satqı müqaviləsi”nin müddətinin 2020-ci ilədək uzadılmasını bu sahədə əməkdaşlığı dəstəkləyən addım kimi qiymətləndirib.

Görüşdə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları, eləcə də “Ordubad” Su Elektrik Stansiyası layihələrinin icra vəziyyəti müzakirə edilib. Bu layihələr üzrə işlərin sürətləndirilməsinin vacibliyi vurğulanıb, müvafiq Texniki Komissiyaların iclaslarının yaxın vaxtlarda keçirilməsi qərara alınıb.

İranla sərhəd ərazidə elektrik enerjisi stansiyanın tikintisi layihəsi ilə bağlı da müzakirələr aparılıb.

Rusiya-Azərbaycan-İran enerji dəhlizinin yaradılmasının hər iki ölkə üçün əhəmiyyəti qeyd edilib. Bildirilib ki, Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin əlaqələndirilməsi üzrə texniki-iqtisadi əsaslandırmanın Konsaltinq və Mühəndislik şirkəti tərəfindən hazırlanmasına dair hər üç ölkənin müvafiq razılıqları əldə edilib.

Görüşdə, həmçinin Azərbaycan, İran və Türkiyə arasında elektrik enerjisi əməkdaşlığının perspektivlərinə də toxunulub. Bütün məsələlər üzrə təmasların intensiv səkildə davam etdirilməsi məqsədəuyğun hesab edilib.


Digər xəbərlər


Azərbaycanın Rusiyadakı səfiri Qarabağda türk muzdluların iştirakı barədə məlumatları təkzib etdi

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Bakının Dağlıq Qarabağda türklər də daxil olmaqla muzdluları cəlb e...

Ceyhun Bayramov və Çavuşoğlu cəbhədəki vəziyyəti müzakirə etd

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olu...

Angela Merkel Ermənistan və Azərbaycana çağırış edib

Almaniya kansleri Angela Merkel Ermənistan və Azərbaycanı atəşkəsi bərpa etməyə və danışıqlar masasına qayıtmağa çağırıb. Gulu...

XİN-dən beynəlxalq təşkilatlara müraciət

«Ermənistanın müharibə cinayətlərini qətiyyətlə qınayırıq. Mülki şəxsləri məqsədli şəkildə qorxu içərisində saxlayaraq atəşə...

İlham Əliyev: “Pakistan həmişə bizim yanımızdadır”

“Azərbaycanın ərazi bütövlüyü məsələlərində qətiyyətli mövqeyinə görə Pakistana minnətdarıq”. Gulustan.info xəbər verir ki, bu...

Ceyhun Bayramov Pakistanın Azərbaycandakı yeni səfiri ilə görüşündən paylaşım edib - FOTO

Xarici İşlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Bilal Haye ilə görüşündən p...

Abdullah Gül: “Son zamanlar Azərbaycana qarşı edilən hücumları qınayıram”

“Dövlət həyatım boyu Qafqazın sabitliyi və sülhü üçün səy göstərən bir insan olaraq, Ermənistanın hərəkətlərinə dərindən təəssüfl...

Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə Qarabağdakı döyüşləri müzakirə edib

Sentyabrın 28-də Xarici İşlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə Dövlət naziri ...