Bakı 11 ℃


13.08.2020

Türkiyədə terror törətmək istəyən kamikadze «İŞİD» üzvü tutulub

Türkiyənin Bursa şəhərində kamikadze hücum törətməyə hazırlaşan «İŞİD» terroristi həbs edilib.

Onun iyul və avqust aylarında İnegöl şəhərində 5 müəssisədə yanğın törətməsi faktı da ortaya çıxıb.

Həmin yanğınlardan sonra ətrafda yerləşən müşahidə kameralarını araşdıran təhlükəsizlik qüvvələrinin diqqətini hadisələr baş verən zaman qırmızı velosipedlə ordan uzaqlaşan bir şəxs cəlb edib.

Şübhəlinin ünvanı təsbit edildikdən sonra polis onun evində əməliyyat keçirib. Nəticədə, evdən məsafədən idarə olunan partlayıcı maddələr, kamikadze geyimi və «İŞİD» terror təşkilatına bağlılığını əks etdirən müxtəlif maddi sübutlar ələ keçirilib.

O, ilkin ifadəsi zamanı qəsdən yanğın törətməsini «İŞİD»dən aldığı təlimatlara əsasən həyata keçirdiyini etiraf edib. Şübhəli, həmçinin bildirib ki, onun növbəti hədəfi polis bölmələrindən birinə bombalı hücum imiş.

Adı açıqlanmayan həmin şəxsi hansı ölkə vətəndaşı olduğu deyilmir. Yalnız onun 2 il əvvəl qeyri-qanuni yollarla Türkiyəyə gəldiyi bildirilir.


Digər xəbərlər


SON DƏQİQƏ: Erməni generalı və zabitlərinin olduğu bunker dağıdılıb

SON DƏQİQƏ: Erməni generalı və zabitlərinin olduğu bunker dağıdılıb Azərbaycan Ordusunun dəqiq zərbəsi nəticəsində yüksək rütb...

Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 58 yeni yoluxma - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sa...

ATƏT-in Daimi Şurası Dağlıq Qarabağda vəziyyətlə bağlı xüsusi iclas keçirəcək

Bu gün ATƏT-in Daimi Şurasının Dağlıq Qarabağda vəziyyətlə bağlı xüsusi iclası keçiriləcək. Gulustan.info bu barədə təşkilata ...

Artilleriya bölmələri düşmənə sarsıdıcı zərbələr endirir - VİDEO

Bütün cəbhə boyu döyüşlər davam edir. Azərbaycan Ordusunun artilleriya bölmələri düşmənə sarsıdıcı zərbələr endirir. Bu barədə...

Küveyt əmiri vəfat edib

Küveyt əmiri Sabah əl-Əhməd əl Cabir əs-Sabah 91 yaşında vəfat edib. Gulustan.info xəbər verir ki, məlumatı Türk mediası payla...

Daha bir mülki şəxs həlak olub

Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozara...

Ermənilərin təxribatı nəticəsində Şeyx Babı türbəsinə ziyan dəyib (FOTO)

Düşmənin ölkəmizin yaşayış məntəqələrinə istiqamətlənmiş atəş zərbələrindən biri Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerl...

FHN hərbi vəziyyətlə bağlı gücləndirilmiş rejimə keçib

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən aidiyyəti dövlət orqanları ilə birlikdə dinc və müharibə dövründə əhalinin etibarlı m...