Bakı 27 ℃

USD 1.7
RUB 0.0321
EUR 1.7771
TRY 0.1023
Qızıl 3087.353
Gümüş 35.2303

24.08.2020

İranda Dədə Qorqud kitabının nəşrinə icazə verilməyib

İranın Mədəniyyət Nazirliyi gənc tədqiqatçı tərəfindən hazırlanmış “Kitabi-Dədə Qorqud” əsərinin çapına icazə verməyib.

Bu barədə yazıçı və tədqiqatçı Milad Balesini öz “Twitter” səhifəsində məlumat yayıb.

“Bir neçə ay gözlədikdən sonra hazırladığım Dədə Qorqud kitabının çapına lisenziya verilmədi. Səbəb isə bu kitabın “qövmçülüyü təbliğ” etməsini əsas gətiriblər. Dədə Qorqud kitabı qövmçülükdürsə, düşünürəm ki, Firdovsi faşizmin özüdür», — deyə Balesini yazıb.

Oğuz türklərinin dastanı olan “Kitabi-Dədə Qorqud» Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi (XI-XII əsrlər) sayılır.

Bu əsər 2017-ci ildə Azərbaycan, Türkiyə və Qazaxıstanın ortaq mirası olaraq UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

İranda daha əvvəl də dəfələrlə Azərbaycan türklərinin dili, mədəniyyəti və tarixi ilə əlaqədar olan əsərlərin çapına icazə verilməyib.

İran rəsmiləri 2019-cu ildə Türk dilində kitab nəşr edən bir çox müəssisənin Təbriz 17-ci Beynəlxalq Kitab sərgisində iştirakına icazə verməmişdilər. Öncəki illərdə də bəzi nəşriyyatçılara, o cümlədən “Kirpi” kitab evinə bənzər məhdudiyyətlər qoyulmuşdu.


Digər xəbərlər


Rəsul Rzanın ev-muzeyi yaradılacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabinetin...

Azərbaycan 59-cu Venesiya Biennalesində təmsil olunur

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur...

Tofiq Mirzəyev “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni ilə təltif edilib

Tofiq İbrahim oğlu Mirzəyevə “Xalq artisti” fəxri adı verilib. Gülüstan.info xəbər verir ki, Prezident İlham Əliyev bununla ba...

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib. Gülüstan.info xəbər verir ki, Heyd...

Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilib

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı başlayıb. Toplantını Azərbaycan Yazıçılar Birli...

Bu gün “TEKNOFEST Azərbaycan” festivalı işə başlayır

Bu gün Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı işə başlayır. Tədbir 4 gün davam edəcək. “TEKNOFES...

Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və kitabı təqdim olunacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanılması, inkişafı və tanıdılmasına ...

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və “AFFFAIR in Carpets” dəfiləsi olacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçiriləc...